İrəvanın Qələbə parkında Rusiyanın bayrağını cırıb, gerbini sındırıblar

Ermənistanın paytaxtı İrəvanın Qələbə parkındakı Şöhrət Xiyabanında respublikanın sərhədlərində xidmət edən erməni və rus sərhədçilərinin xatirəsinə ucaldılmış abidədə Rusiya bayrağını cırıb, gerbi isə sındırıblar.Bu barədə "Sputnik Ermənistan” məlumat yayıb.
Paytaxt meriyasından sayta bildiriblər ki, onlar baş verənlərə görə məsuliyyət daşımırlar və məlumatı ərazi sahibləri ilə dəqiqləşdirmək lazımdır. Şəhər rəhbərliyi də hadisə ilə bağlı məlumatı aydınlaşdıracağını bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 