• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Dünyada 250 mln uşaq təhsil ala bilmir - UNESCO

Dünyada 250 mln uşaq təhsil ala bilmir - UNESCO
20.06.2024 17:17
Hazırda dünyada 250 milyon uşaq təhsil almaq imkanından məhrumdur. Bu barədə UNESCO məlumat yayıb. 
 
Bildirilib ki, təhsil sahəsində onilliklər ərzində əldə edilmiş irəlilələyişlərə baxmayaraq aşağı və orta gəlirli ölkələrdə 10 yaşlı uşaqların 70%-i sadə yazılı mətnləri başa düşə bilmir. 
 
Son dərc olunan hesabata görə, təhsil bir ölkənin iqtisadiyyatı üçün ən yaxşı invesitisiya hesab edilir. Buna görə də, məktəbdən kənarda qalan uşaqlar və təhsildəki boşluqlar qlobal iqtisadiyyata ildə 10 000 milyard dollara başa gəlir ki, bu da Fransa və Yaponiyanın birgə illik ÜDM-inə bərabərdir. 
 
Hesabatda məktəbi erkən bitirənlərin, əsas bacarıqları olmayanların nisbətinin cəmi 10% azaldılması ÜDM-in illik tempini 1-2% artıracağı təxmin edilir.
 
Əsas bacarıqların mənimsənilməsindəki boşluqlar bütün dünyada gənc qızlar arasında erkən hamiləliyin 69% artması ilə əlaqələndirilir.
 
Hamı üçün keyfiyyətli təhsil məqsədinə nail olmağa görə, UNESCO-nun hesabatında 10 tövsiyə verilir.
 
"Bunlardan birincisi odur ki, hökumətlər hər bir qız və oğlan üçün ən azı on iki il pulsuz, dövlət tərəfindən maliyyələşdirilən təhsilə zəmanət verməlidir.
  
Keyfiyyətli təhsildən yararlana bilməyən və ya təhsili yarımçıq qalan gənclər üçün də "ikinci şans” proqramları hazırlanmalıdır.

Tədris mühiti həm də təhlükəsiz və əhatəli olmalıdır.
 
Siniflərin ölçüləri kiçik olmalı, dərslərdə isə gender bərabərliyinə xüsusi diqqət yetirilməlidir", - tövsiyələr sırasında qeyd olunub. 

UNESCO həmçinin dövlətləri yerli icmaları, ailələri qızların və oğlanların təhsilinə bütün dövrünü başa vurmasının vacibliyi barədə məlumatlandırmağa, valideynləri məktəb fəaliyyətlərinə, idarəçiliyinə cəlb etməyə təşviq edir.
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Dünya 23:26
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Putin Pasxa atəşkəsi elan edib
Dünya 23:21
Putin Pasxa atəşkəsi elan edib
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Dünya 22:49
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Dünya 21:46
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Dünya 20:50
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Dünya 20:20
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
Dünya 19:59
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Dünya 18:08
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol