Tacikistanda hicaba qadağa qoyulub

Tacikistan Prezidenti Emoməli Rəhmon hicab taxmağı qadağan edən qanunu imzalayıb.Bu barədə "Asia-Plus” məlumat yayıb.
Qanunun məqsədi tacik cəmiyyətində xurafat və fanatizmin qarşısını almaqdır.Hicab qadağasına əməl etməməyə görə cərimə nəzərdə tutulub.
İyunun 20-də Tacikistan parlamentinin yuxarı palatası "Ənənələrin və ritualların nizama salınması haqqında” qanuna düzəlişlər qəbul edib. İndi ölkədə "milli mədəniyyətə yad olan geyimlərin idxalı, satışı və ictimai yerlərdə geyinilməsi” qadağandır.
Qeyd olunur ki, bu cür aksiyalar milli dəyərlərin qorunmasına və ekstremizmin qarşısının alınmasına yönəlib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 