• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib
22.06.2024 13:24
İyunun 22-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçirilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb.

İməcilik zamanı məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.

Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməcilikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar. Eyni zamanda müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməclikdə fəal şəkildə iştirak ediblər, sakinlər yaşadıqları mənzillərin pəncərələrini, binaların həyətini təmizləyiblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılıb.    

Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması və yaşıllıqların qorunması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Nar" uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu
Cəmiyyət 23:15
"Nar" uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu
"Azercell" abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır
Cəmiyyət 23:00
"Azercell" abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır
Mingəçevirdə iki məktəblini maşın vurub
Cəmiyyət 20:05
Mingəçevirdə iki məktəblini maşın vurub
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 19:24
Bu ərazidə qaz olmayacaq
Nazirdən yeni təyinat
Cəmiyyət 19:07
Nazirdən yeni təyinat
“Match TV”nin yayımının dayandırılmasının səbəbi Açıqlandı
Cəmiyyət 18:29
“Match TV”nin yayımının dayandırılmasının səbəbi Açıqlandı
Bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:42
Bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Mayda müşahidə olunan hava açıqlanıb
Cəmiyyət 17:28
Mayda müşahidə olunan hava açıqlanıb
Sahibkarlar Xankəndində yaşayış binaları tikə biləcək
Cəmiyyət 15:59
Sahibkarlar Xankəndində yaşayış binaları tikə biləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol