• $ 1.7
  • € 1.9697
  • ₽ 0.0208
  • ₺ 0.0419
  • £ 2.2692

“Nar” qəbul imtahanında yüksək nəticə əldə edən gəncləri mükafatlandıracaq

“Nar” qəbul imtahanında yüksək nəticə əldə edən gəncləri mükafatlandıracaq
24.06.2024 17:37
"Nar” ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentləri hər il olduğu kimi bu il də mükafatlandıracağını elan edir. Ən yüksək nəticə göstərən gənclər mobil operator tərəfindən xüsusi mükafatlarla təltif olunacaqlar. 


Müasir təhsildə texnologiyanın gücünə inanan "Nar” tezliklə universitet tələbələrini daha rahat ünsiyyət üçün smartfonlar və yüksək məbləğdə balansı olan xüsusi mobil nömrələrlə mükafatlandıracaq. Bu hədiyyələr tələbələrin universitet həyatına daha rahat inteqrasiyasını təmin edəcək və onlar üçün yeni öyrənmə imkanları açacaq.


"Nar” 2018-ci ildən etibarən qəbul imtahanlarında maksimum bal toplayan tələbələri mükafatlandırır.  Mobil operator BMT-nin davamlılıq məqsədlərinə uyğun olaraq, KSM strategiyasının əsas istiqaməti kimi təhsilə dəstəyə xüsusi diqqət göstərir və bu gün təhsili təşviq etməklə sabahın daha parlaq gələcəyinə töhfə verir. "Nar”ın həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat üçün nar.az saytına daxil ola bilərsiniz.


"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir və son 5 ildir ki, Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir. 





















www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda skuter sürən qadını maşın vurub öldürdü
Cəmiyyət 23:05
Bakıda skuter sürən qadını maşın vurub öldürdü
Vüqar Qurbanovdan yeni təyinatlar
Cəmiyyət 21:08
Vüqar Qurbanovdan yeni təyinatlar
Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəyə gətirilib
Cəmiyyət 19:42
Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəyə gətirilib
Azərbaycanda nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırılıb
Cəmiyyət 19:23
Azərbaycanda nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırılıb
Naxçıvanda ildə cəmi 7 nəfər ipoteka kreditindən yararlana bilir
Cəmiyyət 17:38
Naxçıvanda ildə cəmi 7 nəfər ipoteka kreditindən yararlana bilir
Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib
Cəmiyyət 16:58
Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib
bp Azərbaycanda bərpa olunan enerji sahəsində peşə bacarıqlarının inkişafına yönəli layihəni tamamlayıb
Cəmiyyət 16:20
bp Azərbaycanda bərpa olunan enerji sahəsində peşə bacarıqlarının inkişafına yönəli layihəni tamamlayıb
Rus bölməsi üzrə məktəbəqəbul göstəriciləri dəyişməz qalıb
Cəmiyyət 15:56
Rus bölməsi üzrə məktəbəqəbul göstəriciləri dəyişməz qalıb
Dövlət Turizm Agentliyi 13 milyon manat vəsaiti büdcəyə qaytarmayıb
Cəmiyyət 15:53
Dövlət Turizm Agentliyi 13 milyon manat vəsaiti büdcəyə qaytarmayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol