• $
  • £

Bolqarıstanın baş naziri gələn həftə Azərbaycana gələcək

Bolqarıstanın baş naziri gələn həftə Azərbaycana gələcək
12.02.2014 18:38
 Azərbaycanın energetika naziri Natiq Əliyev Bakıda səfərdə olan Bolqarıstanın iqtisadiyyat və energetika naziri Draqomir Stoynevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Energetika Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə əsasən Bolqarıstanın baş naziri Plamen Oreşarskinin fevralın 18-20-də Azərbaycana gözlənilən rəsmi səfəri zamanı müzakirə olunacaq mövzuların razılaşdırılmasına dair danışıqlar aparılıb. D.Stoynevin rəhbərlik etdiyi nümayəndə heyətinə Bolqarıstan baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri və Bolqarıstan Nazirlər Kabineti yanında Milli Təhlükəsizlik Şurasının katibi Boyan Çukov, Bolqarıstanın iqtisadiyyat və energetika nazirinin turizm məsələləri üzrə müavini Branimir Botev, Bolqarıstan baş nazirinin ölkəmizə səfərinin əlaqələndiricisi Dimitr Bratanov, Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova və digər rəsmi şəxslər iştirak ediblər. Görüşdə Azərbaycanla Bolqarıstan arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq bildirilib, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu qeyd edilib. N.Əliyev ikitərəfli əlaqələrin inkişaf dinamikasından söhbət açıb, ötən ilin dekabrında «Şahdəniz-2» layihəsi üzrə yekun investisiya qərarının imzalanmasının Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətini vurğulayıb. Nazir ölkəmizdə həyata keçirilən iqtisadi layihələr barədə də ətraflı məlumatlar verib. Hər iki tərəf ölkələr arasında iqtisadi, humanitar, sənaye və enerji sektoru da daxil olmaqla bütün istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bildirib. D.Stoynev qeyd edib ki, Azərbaycan Bolqarıstanda daha çox enerji ölkəsi kimi tanınır: «Azərbaycanla Bolqarıstan arasında fərdi qaz danışıqları aparılır. Biz tək enerji sahəsində deyil, digər sahələrdə də Azərbaycanla əməkdaşlıq edirik. Amma bu istiqamətdə əməkdaşlığı artırmaq istəyirik». Görüşdə ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə yüksələn xətlə inkişafı və bu əlaqələrin intensivləşməsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti də qeyd olunub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident həmkarını təbrik edib
Siyasət 11:45
Prezident həmkarını təbrik edib
İlham Əliyev Yunanıstan Prezidentini milli bayram münasibətilə təbrik edib
Siyasət 11:15
İlham Əliyev Yunanıstan Prezidentini milli bayram münasibətilə təbrik edib

Sahibə Qafarova Asiya Boao Forumuna qatılmaq üçün Çindədir
Siyasət 16:56
Sahibə Qafarova Asiya Boao Forumuna qatılmaq üçün Çindədir
Ceyhun Bayramov iranlı həmkarı ilə Xəzər dənizi bölgəsində təhlükəsizliyi müzakirə edib
Siyasət 22:29
Ceyhun Bayramov iranlı həmkarı ilə Xəzər dənizi bölgəsində təhlükəsizliyi müzakirə edib

Azərbaycan XİN: Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik
Siyasət 16:26
Azərbaycan XİN: Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik
Azərbaycan XİN Pakistan xalqını təbrik edib
Siyasət 15:06
Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Çin lideri Prezident İlham Əliyevi təbrik edib
Siyasət 14:22
Çin lideri Prezident İlham Əliyevi təbrik edib

Prezident İlham Əliyev Şahbaz Şərifi təbrik edib
Siyasət 12:33
Prezident İlham Əliyev Şahbaz Şərifi təbrik edib
Azərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib
Siyasət 16:59
Azərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol