• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Fransada 100-ə yaxın namizəd seçkilərin ikinci turunda iştirakdan imtina edib

Fransada 100-ə yaxın namizəd seçkilərin ikinci turunda iştirakdan imtina edib
01.07.2024 20:41
Milli Assambleyaya (Fransa parlamentinin aşağı palatası) növbədənkənar seçkilərin ikinci turuna daxil olan 100-ə yaxın namizəd Jordan Bardell və Marine Lenin sağçı Milli Birlik partiyasının qələbəsinə mane olmaq üçün daha güclü namizədlərin xeyrinə öz namizədliklərini geri götürüb.Bu barədə "Frans-Press" agentliyi məlumat yayıb.

Qeyd edilib ki, "Birgə Respublika Naminə” prezident koalisiyasından və "Yeni Xalq Cəbhəsi” solçu alyansdan olan namizədlər namizədliklərini geri götürüblər.

Məlumata görə, birinci turda birmandatlı dairələrində üçüncü yeri tutan, lakin eyni zamanda ikinci tura keçmək üçün kifayət qədər səs toplayan siyasətçilər mübarizəni davam etdirməkdən imtina ediblər.
Qeyd edək ki, Milli Assambleyanın 577 deputatı var. Mütləq çoxluğu əldə etmək üçün bir partiya 289 mandat qazanmalıdır.

Fransanın baş naziri Qabriel Attal daha əvvəl demişdi ki, "Birgə Respublika Naminə” prezident koalisiyasının 60-a yaxın namizədi parlament seçkilərinin ikinci turunda səslərini solçulara vermək və parlamentin qələbəsinin qarşısını almaq üçün yarışdan kənarlaşdırılacaq.

İyunun 30-da keçirilən növbədənkənar parlament seçkilərinin birinci turunun nəticələrinə görə, Milli Birlik 33 faiz səslə irəli çıxıb. "Yeni Xalq Cəbhəsi" 28%, "Birgə Respublika Naminə” koalisiyası isə 20% səs toplayıb.

İyulun 7-də baş tutacaq ikinci tur həlledici olacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Dünya 23:26
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Putin Pasxa atəşkəsi elan edib
Dünya 23:21
Putin Pasxa atəşkəsi elan edib
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Dünya 22:49
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Dünya 21:46
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Dünya 20:50
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Dünya 20:20
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
Dünya 19:59
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Dünya 18:08
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol