• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Mirzoyan Azərbaycanla sülh müqaviləsi barədə danışıb - YENİLƏNİB

Mirzoyan Azərbaycanla sülh müqaviləsi barədə danışıb  -  YENİLƏNİB
03.07.2024 15:00
(Mirzoyanın fikirləri əlavə edilib)
 
Gürcüstan İrəvan və Bakının dövlət sərhədinin delimitasiyası prosesinə başlamaqla bağlı tarixi qərarını alqışlayır və ümid edir ki, respublikalar arasında sülh prosesi müsbət dinamikanı qoruyub saxlayacaq. Bunu  Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Tbilisidə erməni həmkarı Ararat Mirzoyan ilə birgə keçirdiyi brifinqdə bildirib. 

"Gürcüstan Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olmasını qətiyyətlə dəstəkləyir və sülhün və sabitliyin qorunması üçün konstruktiv dialoqun təşviqinə töhfə verməyə hazırdır”, -  Darçiaşvili bildirib.
 
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması regionda davamlı sülhün qorunması və bərqərar olması üçün tarixi hadisə olacaq, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə gürcü həmkarı İliya Darçiaşvili ilə danışıqlar zamanı bildirib.

"Bildirim ki, bir ay intensiv işləsək, bu prosesi başa çatdıra və Azərbaycanla bu mühüm müqaviləni imzalaya bilərik. Mən həmçinin regionda inkişaf və sabitlik baxımından infrastruktur və kommunikasiyaların tam açılmasının vacibliyini müzakirə etmək istərdim.

Biz konstruktiv şəkildə Ermənistan və Azərbaycan arasında infrastruktur və nəqliyyat kommunikasiyalarının tam blokdan çıxarılmasına tərəfdarıq. Bu, təkcə Ermənistan üçün deyil, həm də regionun digər ölkələri üçün iqtisadi baxımdan sərfəlidir”, - Mirzoyan qeyd edib.
 
N.Təbrizli

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol