• $
  • £

Rusiyanın AVRO-24-dən kənar qalması dünya futbolu üçün cəzadır - Türkiyəli futbolçu

Rusiyanın AVRO-24-dən kənar qalması dünya futbolu üçün cəzadır - Türkiyəli futbolçu
03.07.2024 15:29
"Rubin”in tanınmış sabiq yarımmüdafiəçisi Göydeniz Karadeniz Rusiya klublarının və Rusiya millisinin beynəlxalq turnirlərdən kənarda qalmasının dünya futbolu üçün itki olduğunu bildirib. Onun sözlərini Sport24 sitat gətirir.

"Nə qədər ki, Rusiya klubları avrokuboklarda, Rusiya millisi isə Avropa və dünya çempionatlarında iştirak etmir, bu, təkcə Rusiya üçün deyil, dünya futbolu üçün də cəzadır. Fikrimcə, Rusiya futbolu həmişə dünya səhnəsində olmalıdır. Rusiya futbolu dünya futbolunu zənginləşdirir və tamamlayır”,  -  Türkiyə futbolçusu bildirib. 

Rusiya millisi 2024-cü ilin Avropa çempionatında iştirak etmir. Buna səbəb Rusiyanın Ukraynaya  hücum etməsi olub. Belə ki , Rusiya Ukraynaya hücum edəndən sonra, yəni  2022-ci ildən bu ölkənin milli komandası və Rusiya klubları Avropa Futbol Assosiasiyaları İttifaqı və Beynəlxalq Futbol Federasiyasının himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırılıb.

Avropa çempionatı Valeri Karpinin rəhbərliyi altında Rusiya komandasının qaçırdığı ikinci böyük turnir oldu. 2022-ci ildə milli komanda DÇ-2022-də oynamaq hüququ üçün pley-off matçı keçirə bilmədi və müvafiq olaraq, dünya çempionatına buraxılmadı.  Rusiya yığması 2000-ci ildən sonra ilk dəfəir ki,  Avropa çempionatının da qapısının arxasında qaldı.

2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçirilir.  Hazırkı Avropa çempionu İtaliya komandasıdır.

N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
İdman 10:00
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol