• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Erməni biznesmenlər Azərbaycana maddi dəstək təklif etdi

Erməni biznesmenlər Azərbaycana maddi dəstək təklif etdi
12.02.2014 14:37
Ukraynada daha üç erməni iş adamı Azərbaycan diasporuna maddi və siyasi dəstək təklif edib.Ukraynanın Luqansk vilayəti üzrə Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresindən APA-ya verilən məlumata görə, hər üç erməni iş adamı Luqanskdakı erməni diasporunun fəaliyyətinə etiraz olaraq bu təkliflə çıxış ediblər. Bundan əvvəl Azərbaycan diaspor fonduna pul köçürən Robert adlı erməni iş adamına sonradan edilən təzyiqlər nəzərə alınaraq, bu erməni iş adamlarının adları açıqlanmır. “Erməni iş adamları azərbaycanlıların fonduna maddi vəsaitin köçürülməsi ilə yanaşı, istənilən ictimai və siyasi aksiyalarda dəstək göstərməyə hazır olduqlarını da bildiriblər. Onlar bunu vilayətdəki erməni diasporunun fəaliyyətinə etiraz olaraq etdiklərini bildirib, həmyerlilərini şovinizmdə ittiham ediblər”, - deyə Konqresdən bildirilib. Qeyd edək ki, ötən ilin sonunda Luqanskda erməni əsilli tanınmış iş adamı Robert (soyadı təhlükəsizliyi baxımından açıqlanmırdı) erməni diaspor təşkilatının fondu üçün nəzərdə tutduğu xeyli vəsaiti Azərbaycan diaspor təşkilatının fonduna köçürmüşdü. Köçürülən vəsaitin məbləği açıqlanmır. O bu addımını erməni diaspor təşkilatı ilə aralarında yaranmış fikir ayrılığı ilə izah edib, azərbaycanlılarla, eləcə də vilayətdə yaşayan digər türkdilli xalqlarla münasibətdə erməni diaspor təşkilatının qərəzli mövqeyini tənqid edərək, etirazını bu şəkildə ifadə etdiyini bəyan etmişdi. İş adamı bundan sonra da nəzərdə tutulan aylıq vəsaiti erməni diaspor təşkilatının deyil, məhz Azərbaycan diasporunun hesabına köçürəcəyini bildirmişdi. Bu hadisədən sonra yerli erməni və ermənipərəst təşkilatlar tərəfindən Robert və qohumları təhdid olunmağa başlayıb.  ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident “Azərişıq” ASC-nin "Xocalı" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
Siyasət 14:44
Prezident “Azərişıq” ASC-nin "Xocalı" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
Prezident yeni seçilən Roma Papasını təbrik edib
Siyasət 11:00
Prezident yeni seçilən Roma Papasını təbrik edib
MSK nümayəndə heyəti Albaniyada parlament seçkilərini müşahidə edəcək
Siyasət 10:47
MSK nümayəndə heyəti Albaniyada parlament seçkilərini müşahidə edəcək
Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər
Siyasət 09:57
Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər
Anqola lideri İlham Əliyevə zəng edib
Siyasət 09:03
Anqola lideri İlham Əliyevə zəng edib
Prezident Qələbə Günü münasibətilə paylaşım edib
Siyasət 00:07
Prezident Qələbə Günü münasibətilə paylaşım edib
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Siyasət 22:39
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Siyasət 21:54
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 20:59
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol