• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Ailəsinin beş üzvünü öldürən Əhməd Əhmədlinin anlaqlı olması ilə bağlı qərara baxılır

Ailəsinin beş üzvünü öldürən Əhməd Əhmədlinin anlaqlı olması ilə bağlı qərara baxılır
04.07.2024 12:56
İkisi azyaşlı olmaqla ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

"Qafqazinfo”nun məlumatına görə, Əhməd polisin müşayiəti ilə saxlanıldığı xüsusi xəstəxanadan Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.
 
Məlum olduğu kimi, Əhməd ekspert rəyləri ilə anlaqsız hesab edilib. Bu səbəbdən qanunun tələbinə uyğun olaraq məhkəmədə qanuni nümayəndəsi ilə iştirak edib.

İlk baxış iclasının mahiyətinə uyğun olaraq əvvəlcə prokurorluğun göndərdiyi qərar elan edilib.

Qərarda deyilir ki, təqsirləndirilən şəxs hadisəni anlaqsız vəziyyətdə törədib. Hazırda da ağır psixi xəstədir.

Prokurorluğun məhkəməyə göndərdiyi qərarda Əhməd Əhmədovun cəzadan azad edilərək, ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi məsələsinə baxılması təklif edilir.

Qeyd edək ki, ilin ən dəhşətli cinayəti bu ilin fevralında baş verib. 25 yaşlı Əhməd Əhmədov valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
Cəmiyyət 19:54
Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 19:02
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Hava ilə baglı XƏBƏRDARLIQ
Cəmiyyət 18:53
Hava ilə baglı XƏBƏRDARLIQ
“Air Astana” Bakı–Atırau–Bakı marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib
Cəmiyyət 17:24
“Air Astana” Bakı–Atırau–Bakı marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Leyla Əliyevadan uşaqlarla bağlı paylaşım - Video
Cəmiyyət 14:15
Leyla Əliyevadan uşaqlarla bağlı paylaşım - Video
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
QNET-də “part-time” fəaliyyəti tam ştatlı işlə necə balanslaşdırmaq olar?
Cəmiyyət 12:23
QNET-də “part-time” fəaliyyəti tam ştatlı işlə necə balanslaşdırmaq olar?
Xaçmazda 20 yaşlı gənc dəm qazından boğularaq ölüb
Cəmiyyət 12:01
Xaçmazda 20 yaşlı gənc dəm qazından boğularaq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol