• $
  • £

Kamran Əliyev İraqın Ali Məhkəməsinin sədri və Baş prokuroru ilə görüşüb

Kamran Əliyev İraqın Ali Məhkəməsinin sədri və Baş prokuroru ilə görüşüb
04.07.2024 18:44
İyulun 4-də Baş prokuror Kamran Əliyev Azərbaycanda işgüzar səfərdə olan İraq Respublikası Ali Məhkəmə Şurasının sədri cənab Faiq Zidan və Dövlət Prokurorluğunun sədri Nacmu Abdullah Əhməd ilə görüşüb.Bu barədə Prokurorluqdan məlumat verilib.
 
Qonaqları salamlayan Baş prokuror geniş tərkibli nümayəndə heyətinin Azərbaycana səfərini iki ölkə arasında hüquqi əməkdaşlığın uğurlu başlanğıcı kimi qiymətləndirib.

Kamran Əliyev hər iki dövlətin prezidentlərinin birgə səyləri, apardıqları uzaqgörən xarici siyasəti nəticəsində ölkələr arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini bildirərək,Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə qonaqları məlumatlandırıb.

Baş prokuror cari ilin 29 sentyabr - 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının Azərbaycanda keçiriləcəyini bildirərək iraqlı həmkarlarını tədbirdə iştiraka dəvət edib.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Faiq Zidan iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq, hüquq-mühafizə orqanları arasında cinayətkarlığa, xüsusilə də terrorçuluqla mübarizə sahəsində qarşılıqlı səmərəli əməkdaşlığın aparılmasının vacibliyini ifadə edib.

Tərəflər əlaqələrin möhkəmləndirilməsi istiqamətində müqavilə hüquq bazasının genişləndirilməsini müzakirə ediblər.

Görüşdə İraqın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Maki Resan Abdulla Əl-Mamori də iştirak edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Azərbaycan vətəndaşlarını İran və İsrailə səfərlərdən çəkinməyə çağırır
Siyasət 11:59
XİN Azərbaycan vətəndaşlarını İran və İsrailə səfərlərdən çəkinməyə çağırır
İsrailin İrana hücumu başlayıb
Siyasət 11:00
İsrailin İrana hücumu başlayıb
Əliyev iki səfiri geri çağırıb - yeni təyinatlar
Siyasət 17:41
Əliyev iki səfiri geri çağırıb - yeni təyinatlar


Azərbaycanın BƏƏ-dəki səfiri geri çağırılıb
Siyasət 17:32
Azərbaycanın BƏƏ-dəki səfiri geri çağırılıb
Prezident sərəncam imzalayıb
Siyasət 17:13
Prezident sərəncam imzalayıb
Moldovanın XİN rəhbəri növbəti həftə Azərbaycana səfər edəcək
Siyasət 16:55
Moldovanın XİN rəhbəri növbəti həftə Azərbaycana səfər edəcək
Mehriban Əliyeva bu Şuranın sədri olacaq - Fərman
Siyasət 13:48
Mehriban Əliyeva bu Şuranın sədri olacaq - Fərman
Azərbaycanın və Efiopiyanın birinci xanımlarının görüşü olub
Siyasət 13:43
Azərbaycanın və Efiopiyanın birinci xanımlarının görüşü olub
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:03
Milli Məclisin növbəti iclası başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol