• $
  • £

Azərbaycana elektrik avtobusları gətiriləcək

Azərbaycana elektrik avtobusları gətiriləcək
04.07.2024 20:36
Çinin ən böyük avtomobil istehsalçısı olan "BYD” konqlomeratı sosial şəbəkələrdə 160 ədəd 12 metrlik K9UD elektrik avtobuslarının Azərbaycana tədarükü üçün tenderin qalibi olduğunu rəsmən elan edib.
 
İyulun 4-də "Gasgoo” nəşrinin saytında dərc olunmuş məqalədə qeyd olunur ki, elektrobusların dövlət satın alınması üzrə tenderdə qalib gələn "BYD” şirkəti elektrik avtobuslarını bir neçə partiya ilə çatdırmağı planlaşdırır.

Nəşrin bildirdiyinə görə, ilk tədarüklər artıq bu ay həyata keçiriləcək.
Bundan əlavə, 2025-ci ildən 2028-ci ilə qədər Azərbaycanın "BYD”dən hər il 200 elektrobus alınması barədə razılıq əldə olunub ki, bunlar "yerlərdə yığılacaq”, – deyə nəşr yazır.
 
Gələcəkdə tərəflər Azərbaycanda elektrobusların istehsalının yaradılması məqsədilə əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər.

"Gasgoo” xatırladır ki, noyabrda Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.Eektrik avtobuslarından istifadə Azərbaycanın yaşıllaşdırma və karbon qazı emissiyalarının azaldılması təşəbbüslərini həyata keçirməyə kömək edəcək.

Bu gün təxminən 80 min "BYD” elektrik avtobusu 70 ölkənin 400-dən çox şəhərində ictimai nəqliyyatın bir hissəsidir.Şirkətin ən qabaqcıl texnologiyalarından istifadə etməklə yaradılmış "BYD K9UD” elektrik avtobusu etibarlılığı, yüksək səviyyədə təhlükəsizliyi və sərnişinlər üçün rahatlığı təmin edir.

"BYD Co Ltd” (Build Your Dreams) – "BYD Auto” avtomobil istehsalçısı və "BYD Electronic” akkumulyator və elektronika istehsalçısını özündə ehtiva edən, qərargahı Çinin Şençjen şəhərində yerləşən konqlomeratdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Salyanda 43 yaşlı qadın itkin düşüb
Cəmiyyət 16:53
Salyanda 43 yaşlı qadın itkin düşüb
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 15:13
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən iki nəfər saxlanılıb
Cəmiyyət 13:15
Qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən iki nəfər saxlanılıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 13:11
Faktiki hava açıqlanıb
Sabah yağış yağacaq
Cəmiyyət 12:51
Sabah yağış yağacaq
Sumqayıtda dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb
Cəmiyyət 12:39
Sumqayıtda dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 12:21
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib
Cəmiyyət 11:38
Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Cəmiyyət 11:00
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol