• $ 1.7
  • € 2.0185
  • ₽ 0.022222
  • ₺ 0.0392
  • £ 2.3247

Britaniyada leyboristlər qələbə qazanıb

Britaniyada leyboristlər qələbə qazanıb
05.07.2024 09:32
Böyük Britaniyada keçirilən parlament seçkilərində Leyboristlər Partiyası qələbə qazanıb. İlkin nəticələrə görə, onlar İcmalar palatasında 650 yerdən 326-a sahib olublar. Bu barədə "Sky News"  yazıb.

2010-cu ildən hakimiyyətdə olan Mühafizəkarlar Partiyası isə hələlik  71 yer qazanıb. Hazırda səslərin hesablanması davam edir və Bakı vaxtı ilə 10:00-da başa çatacaq. 

Britaniyanın fəaliyyətdə olan baş naziri Rişi Sunak məğlubiyyətini etiraf edib və leyboristlərin nümayəndəsi Kir Starmeri qələbəsi münasibəti ilə təbrik edib.

"Leyboristlər Partiyası seçkilərdə qalib gəldi. Kir Starmeri qələbə münasibətilə təbrik etmək üçün ona zəng etdim”, -  Sunak bildirib.
 
Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps də hakim Mühafizəkarlar Partiyasının iyulun 4-də keçirilən parlament seçkilərində məğlub olduğunu etiraf edib.

"Aydındır ki, Böyük Britaniyanın səhər yeni hökuməti olacaq və mən narahatam ki, o, ÜDM-in 2,5%-ni müdafiəyə sərf etməsə, bizim silahlı qüvvələrimiz də Ukraynadakı dostlarımız kimi əziyyət çəkə bilər", - Şepps bildirib.

Bu gün səhər Britaniya Kralı III Çarlz qalib gələn partiya liderini qəbul edəcək.
 
Bundan sonra  Stamer Dauninq-stritdəki iqamətgahanla gedərək xalqa müraciət edəcək.
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avstriya Kansleri İsrailə səfər edəcək
Dünya 20:26
Avstriya Kansleri İsrailə səfər edəcək
İran ABŞ ilə dialoqa hazırdır
Dünya 19:59
İran ABŞ ilə dialoqa hazırdır
Rusiya, Ukrayna və ABŞ arasında növbəti görüş fevralın 1-də keçiriləcək
Dünya 18:39
Rusiya, Ukrayna və ABŞ arasında növbəti görüş fevralın 1-də keçiriləcək
Özbəkistan Prezidenti Türkiyəyə səfər edəcək
Dünya 18:08
Özbəkistan Prezidenti Türkiyəyə səfər edəcək
Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb
Dünya 17:29
Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb
Tramp: ABŞ-ın böyük dəniz donanması İrana doğru hərəkət edir
Dünya 17:11
Tramp: ABŞ-ın böyük dəniz donanması İrana doğru hərəkət edir
Harvard alimi cənnətin yerini tapıb
Dünya 16:30
Harvard alimi cənnətin yerini tapıb
Məhkəmə Hüseyn Həsənovla bağlıqərar verib
Dünya 14:14
Məhkəmə Hüseyn Həsənovla bağlıqərar verib

Filippində 5,9 maqnitudalı zəlzələ olub
Dünya 13:49
Filippində 5,9 maqnitudalı zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol