• $ 1.7
  • € 1.7844
  • ₽ 1.8611
  • ₺ 0.047
  • £ 2.1414

Hesablama Palatası Milli Məclisdə audit aparıb

Hesablama Palatası Milli Məclisdə audit aparıb
05.07.2024 10:24
Hesablama Palatasının 2024-cü il üzrə İş planına uyğun olaraq Azərbaycan Milli Məclisinin İşlər İdarəsində dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktlara uyğunluğuna dair audit aparılıb. Bu barədə Hesablama Palatası məlumat yayıb. 
 
Audit 2023-cü il və 2024-cü ilin ilk üç ayında icra edilən 66,1 milyon manat vəsaiti əhatə edib. 

Toplanmış audit sübutları audit predmetinin bütün əhəmiyyətli aspektlər baxımından müəyyən edilmiş münasib meyarlara uyğun olub-olmadığına dair nəticə çıxarmaq üçün kafi əminliyi formalaşdırıb. 

Hesablama Palatasının müvafiq Kollegiya qərarı ilə auditin nəticələri üzrə Auditor hesabatı təsdiq edilib. Hesabatda dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktların tələblərinə əsasən uyğun olması ilə bağlı Rəy ifadə edilib.

Bununla yanaşı, düzgün təsnifləşdirilməmiş aktivlər üzrə mühasibat yazılışları verilməklə düzəlişlərin edilməsi, amortizasiya normalarının müvafiq təlimata uyğun hesablanılması və qeyd olunan düzəlişlərin maliyyə hesabatlarında nəzərə alınmasının zəruriliyi bildirilib. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol