• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Leyboristlərin gəlişi Londonun Ukraynaya münasibətini dəyişəcəkmi?

Leyboristlərin gəlişi Londonun Ukraynaya münasibətini dəyişəcəkmi?
05.07.2024 12:40
Politoloq Aleksandr Kazakov Böyük Britaniyada keçirilən parlament seçkilərinin nəticələrini şərh edib. Ekspertin sözlərini Tsargrad.tv onun Telegram kanalına istinadən yazıb. O vurğulayıb ki, Leyboristlər Partiyasının qalib gəlməsi ilə bağlı heç bir illüziya olmamalıdır. Londonun Ukrayna münaqişəsinə münasibəti dəyişməyəcək.

Kazakov Leyboristlərin lideri Keir Starmerin müxalifətdə olarkən dediklərini xatırladıb.

"Ukrayna, terrorizm və təhlükəsizlik məsələlərində hökumətlə heç bir fikir ayrılığı olmayacaq və biz hökumətlə işləyəcəyik və Rişi Sunak bunu bilir, mən bunu ona dedim”, - politoloq Starmerdən sitat gətirib.

İyulun 5-də Britaniya parlamentinin aşağı palatasına keçirilən seçkilərdə Leyboristlər Partiyasının qalib gəldiyi məlum olub. O, 650 yerdən 326-nı qazanıb və yeni hökuməti formalaşdıracaq.
 
14 il hakimiyyətdə olan Mühafizəkarlar Partiyası bu il  öz tarixində ən böyük məğlubiyyətlə üzləşib. 

London Kraliça Meri Universitetinin professoru Patrick Diamond da  bildirib ki, Britaniyada Keir Starmerin rəhbərlik etdiyi yeni Leyboristlər hökuməti Londonun Ukraynadakı münaqişəyə yanaşmasını əsaslı şəkildə dəyişməyəcək.
 
Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps də hakim Mühafizəkarlar Partiyasının iyulun 4-də keçirilən parlament seçkilərində məğlub olduğunu etiraf edib.

"Aydındır ki, Böyük Britaniyanın səhər yeni hökuməti olacaq və mən narahatam ki, o, ÜDM-in 2,5%-ni müdafiəyə sərf etməsə, bizim silahlı qüvvələrimiz də Ukraynadakı dostlarımız kimi əziyyət çəkə bilər", - Şepps bildirib.
 
N.Təbrizli
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Dünya 23:26
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Putin Pasxa atəşkəsi elan edib
Dünya 23:21
Putin Pasxa atəşkəsi elan edib
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Dünya 22:49
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Dünya 21:46
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Dünya 20:50
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Dünya 20:20
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
Dünya 19:59
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Dünya 18:08
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol