• $
  • £

İtaliya Azərbaycandan neft idxalını azaldıb

İtaliya Azərbaycandan neft idxalını azaldıb
05.07.2024 12:46
İtaliya 2024-cü ilin yanvar-aprelində  Azərbaycandan 2 milyon 548,784 min ton neft idxal edib ki, bu da ötən ilin eyni dövründən 27,3% azdır. Bu barədə İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyi məlumat yayıb.

2024-cü ilin ilk dörd ayında Azərbaycandan Azeri Light markalı neft 1 milyon 129,338 min ton (azalma 56,2%), Azeri Blend isə 1 milyon 419,446 min ton (artım 53,3%) həcmində tədarük edilib.

Ümumilikdə, 4 ay ərzində İtaliya 18 milyon 199,062 min ton neft idxal edib (azalma 11,1%). Belə ki, bu tədarüklərin 14%-ni Azərbaycan nefti təşkil edib.


Apreldə İtaliya 447,388 min ton (azalma 66,2%), o cümlədən "Azeri Light" - 263,756 min ton (azalma 75,1%), "Azeri Blend" - 183,632 min ton (azalma 30,3%) Azərbaycan nefti idxal edib.


Apreldə İtaliya ümumilikdə 3 milyon 743,493 min ton (azalma 32,1%) neft idxal edib. Azərbaycandan başqa, apreldə İtaliyaya əsas neft ixracatçıları  arasında Liviya (777,953 min ton), Qazaxıstan (736,567 min ton), Səudiyyə Ərəbistanı (537,816 min ton), ABŞ (342,146 min ton), Nigeriya (260,674 min ton) olub. .


2024-cü ilin aprelində "Azeri Light” markalı neftin bir barreli İtaliya tərəfindən 85,41 dollara (2023-cü ilin aprelində – 87,55 dollar), "Azeri Blend”in bir barreli 95,94 dollara (2023-cü ilin aprelində – 85,65 dollar/barel) alınıb.


Azərbaycan 2023-cü ildə İtaliyaya ən çox neft ixrac edən ölkə olub və bu ölkəyə təxminən 11,3 milyon ton neft verib ki, bu da 2022-ci illə müqayisədə 25% çoxdur.
 
Hesabat ilində İtaliya Azeri Light markalı neftin idxalını 2022-ci illə müqayisədə 17,8% artıraraq 7,3 milyon tona, Azeri Blend 41,2% artaraq 4 milyon tona çatdırıb.
 
N.Təbrizli



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Qızıl və gümüş ucuzlaşır
İqtisadiyyat 09:34
Qızıl və gümüş ucuzlaşır

“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
İqtisadiyyat 09:11
“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:09
Bu günə olan məzənnə açıqlanıb
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol