• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Səhiyyə Nazirliyi isti hava ilə bağlı əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi isti hava ilə bağlı əhaliyə müraciət edib
05.07.2024 18:20
Səhiyyə Nazirliyi ölkə ərazisində müşahidə olunan isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. 

Müraciətdə deyilir:
 
"Yay mövsümündə müşahidə olunan isti hava şəraiti ilə əlaqədar istivurma və günvurma kimi insan sağlamlığına ziyanlı hallar baş verə bilər.Bu hal orqanizmin ümumi isinməsi, bədən hərarətinin yüksəlməsi və nəticədə vacib funksiyalarının pozulmasına səbəb olur. İstivurma və günvurmanın əsas əlamətləri – üzün qızarması, şiddətli baş ağrısı, başgicəllənmə, gözlərin qaralması, ürəkbulanma, qusma, burundan qanın axması və görmə qabiliyyətinin pozulmasıdır. Günvurma və ya istivurmaya məruz qalan şəxsi dərhal təmiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxartmaq lazımdır.
Yay aylarında ilk növbədə yetərincə maye qəbul edilməli və orqanizmi həddindən artıq istilənməkdən qorumaq tövsiyyə edilir. Bu mövsümdə meyvə və tərəvəzlərin mütəmadi istehlakının faydaları çoxdur. Onlar vitamin, mineral deposu olmaqdan əlavə, qida lifi və su mənbəyidir. Bu da istilərdə orqanizmin susuzlaşdığı bir dövrdə çox vacibdir. 
Yay mövsümündə istehlak edilən hazır və sağlam olmayan qidalar, yağlı yeməklər, spirtli və şirin içkilər - bunlar hamısı həzm sisteminin selikli qişasını qıcıqlandırır, qəbizliyə səbəb olur və öd kisəsinin fəaliyyətini pozur.
İsti havalarda həddindən artıq idman etmək insan səhhəti üçün təhlükəli ola bilər. Baş nahiyəsini günəşdən qorumaq üçün gün eynəkləri, qoruyucu papaqlar və çətirlərdən istifadə edilməlidir.
Açıq havada, xüsusilə isti yay günlərində günəşin altında olmağın ən optimal vaxtı səhər 10-a kimi və axşam 6-dan sonra hesab olunur".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - Video
Cəmiyyət 23:57
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - Video
Tərtərdə məktəb binası yanıb
Cəmiyyət 22:58
Tərtərdə məktəb binası yanıb
Ağdamda qadını ilan sancıb
Cəmiyyət 21:55
Ağdamda qadını ilan sancıb
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Cəmiyyət 21:00
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:01
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
“Şəki” restoranı sökülür - Video
Cəmiyyət 19:23
“Şəki” restoranı sökülür - Video
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Cəmiyyət 18:22
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Cəmiyyət 17:30
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Cəmiyyət 15:23
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol