• $ 1.7
  • € 1.9409
  • ₽ 0.021107
  • ₺ 0.0418
  • £ 2.2433

Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb
05.07.2024 22:49
İyulun 5-də Bakı Konqres Mərkəzində Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
 
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, şagird və valideynlər, eləcə də digər qonaqlar iştirak ediblər.

Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Respublika Fənn Olimpiadaları barədə təqdimatla çıxış edib. Olimpiadaların məqsədindən söz açan Fuad Qarayev bildirib ki, şagirdlər arasında iştiraka maraq bu il daha da artıb. 

Məktəblilərin beynəlxalq olimpiadalardakı uğurlarına toxunan Fuad Qarayev qeyd edib ki, şagirdlər 2014–2024-cü illər ərzində bu yarışlardan 470 medal qazanıblar. 

Direktor müavini qeyd edib ki, bu il 8 fənn və 2 yaş qrupu üzrə keçirilən fənn olimpiadalarında  244 nəfər bürünc, 163 nəfər gümüş, 84 nəfər isə qızıl medal qazanıb. 

Daha sonra elm və təhsil naziri Emin Əmrullayev olimpiada qaliblərini bu qürurverici uğur münasibətilə təbrik edib. Nazir bildirib ki, sözügedən olimpiadanın qalibi olmaq gələcəkdə həmin məktəblilərə düzgün qərar verməkdə köməklik edəcək. Nazirin sözlərinə görə, olimpiada qalibi olmaq çətin olsa da, şagirdlər üçün gələcəyə açılan bir qapıdır. 
Şagirdlərin uğurlarında əməyi keçən müəllimlərinə və münsiflər heyətinə xüsusi təşəkkürünü bildirən Emin Əmrullayev olimpiada qaliblərini bir daha təbrik edib və onlara uğurlar arzulayıb. 

Ardınca Respublika Fənn Olimpiadalarında ən yüksək nəticə göstərmiş 8 qızılmedalçıya – "Birincilərin birincisi”nə və bütün qaliblərə diplom, həmçinin mükafatlar təqdim olunub. 

Daha sonra Respublika Fənn Olimpiadaları barədə videoçarx nümayiş etdirilib.

Respublika Fənn Olimpiadaları Kapital Bankın dəstəyi ilə həyata keçirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dənizdə suyun temperaturu 30° olacaq
Cəmiyyət 14:09
Dənizdə suyun temperaturu 30° olacaq
Ötən ay dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb - DSX
Cəmiyyət 13:03
Ötən ay dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb - DSX
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:16
Sabahın hava proqnozu açıqlanıb
2,100-dən çox şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub
Cəmiyyət 12:05
2,100-dən çox şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub
Sirkə turşusu ilə zəhərlənən Sumqayıt sakini vəfat edib
Cəmiyyət 11:38
Sirkə turşusu ilə zəhərlənən Sumqayıt sakini vəfat edib
Ölkə ərazisində əsasən yağmursuz hava şəraiti davam edib
Cəmiyyət 11:01
Ölkə ərazisində əsasən yağmursuz hava şəraiti davam edib
Səhhətində ciddi problemlər olan sürücülərə çağırış
Cəmiyyət 10:45
Səhhətində ciddi problemlər olan sürücülərə çağırış
Qalada avtomobilin vurduğu 18 yaşlı şəxs xəstəxanada ölüb
Cəmiyyət 10:43
Qalada avtomobilin vurduğu 18 yaşlı şəxs xəstəxanada ölüb
Qanunsuz saxlanılan odlu silah-sursataşkar olunaraq götürülüb
Cəmiyyət 10:34
Qanunsuz saxlanılan odlu silah-sursataşkar olunaraq götürülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol