• $ 1.7
  • € 1.9983
  • ₽ 0.022141
  • ₺ 0.0388
  • £ 2.2849

Rezidenturaya qəbul imtahanının II mərhələsinə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının II mərhələsinə qeydiyyat başlayıb
08.07.2024 10:16
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlayıb. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.


Bildirilib ki, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) "məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 15 iyul saat 23:59-dək tələb olunan məbləği "Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.


Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.


Məlumatda qetd edilib ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.


İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 4-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda batağan quşlarının kütləvi ölümü qeydə alınıb
Cəmiyyət 10:48
Xaçmazda batağan quşlarının kütləvi ölümü qeydə alınıb
Balakənin sabiq icra başçısının həbs müddəti 3 ay uzadılıb
Cəmiyyət 10:29
Balakənin sabiq icra başçısının həbs müddəti 3 ay uzadılıb
Həftəsonu 116 cinayətin üstü açılıb
Cəmiyyət 10:22
Həftəsonu 116 cinayətin üstü açılıb
Peyvənddən şoka düşən körpə ölüb
Cəmiyyət 10:13
Peyvənddən şoka düşən körpə ölüb
Ötən həftə ölkə ərazisində 600-ə yaxın yanğın hadisəsi qeydə alınıb
Cəmiyyət 09:53
Ötən həftə ölkə ərazisində 600-ə yaxın yanğın hadisəsi qeydə alınıb
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Cəmiyyət 09:29
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Hərbi prokuror Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində görüş keçirib
Cəmiyyət 09:20
Hərbi prokuror Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində görüş keçirib
Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 08:32
Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
Bəzi yollarda tıxac var - Siyahı
Cəmiyyət 08:22
Bəzi yollarda tıxac var - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol