• $ 1.7
  • € 2.0039
  • ₽ 0.022215
  • ₺ 0.039
  • £ 2.3163

Baş prokuror Vyanada COP29-la bağlı görüş keçirib

Baş prokuror Vyanada COP29-la bağlı görüş keçirib
08.07.2024 19:02
Vyanaya işgüzar səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev BMT-nin Cinayətkarlıq və Narkotiklər idarəsinin (BMTNCİ) direktoru vəzifəsini icra edən Con Brandolino ilə görüşüb.Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Nümayəndə heyətini salamlayan Con Brandolino,Azərbaycanda aparılan uğurlu xarici siyasətin, müsbət tərəfdaşlıq mühitinin formalaşması və uzunmüddətli səmərəli əməkdaşlıq nəticəsində cari ilin 11-22 noyabr tarixlərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsinin önəmindən və Azərbaycanın qlobal ekoloji problemlərin həllinə töhfəsindən danışıb. Brandolino həmçinin Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakıda keçiriləcək 29-cu konfransı münasibətilə də təbrik edərək, BMTNCİ-nin tədbirə mütləq şəkildə qatılacağını bildirib.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində BMT-nin müxtəlif institutları ilə əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu və BMTNCİ birgə təşkilatçılığı ilə Azərbaycanın sədrliyinin təşəbbüsü ilə "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda yüksək səviyyəli tədbirin təşkilati məsələləri, biomüxtəlifliyin qorunması və ətraf mühitə təsir edən cinayətlərin aradan qaldırılması sahəsində əməkdaşlıq və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli iştirak edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri təyin edilib - Yenilənib
Siyasət 19:39
Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri təyin edilib - Yenilənib
Azərbaycan Rusiyaya nota verib
Siyasət 18:25
Azərbaycan Rusiyaya nota verib
Milli Məclisin 10 fevral iclasında 12 qanun layihəsi müzakirəyə çıxarılır
Siyasət 10:11
Milli Məclisin 10 fevral iclasında 12 qanun layihəsi müzakirəyə çıxarılır
Prezidentin sosial media səhifələrində BƏƏ-yə işgüzar səfərindən video paylaşılıb
Siyasət 18:00
Prezidentin sosial media səhifələrində BƏƏ-yə işgüzar səfərindən video paylaşılıb
Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatıb
Siyasət 17:14
Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatıb
Separatçı rejiminin 14 başçısına hökm oxunub/Yenilənib
Siyasət 15:56
Separatçı rejiminin 14 başçısına hökm oxunub/Yenilənib
Araik Harutyunyan hökmdən narazıdır - ÖZƏL
Siyasət 15:33
Araik Harutyunyan hökmdən narazıdır - ÖZƏL
В Хачмазе при столкновении поезда с автомобилем погиб водитель
Siyasət 14:00
В Хачмазе при столкновении поезда с автомобилем погиб водитель
Nazir Çinlə münasibətlərdən danışıb
Siyasət 13:50
Nazir Çinlə münasibətlərdən danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol