• $ 1.7
  • € 2.0185
  • ₽ 0.022222
  • ₺ 0.0392
  • £ 2.3247

Azərbaycan və IEA üçüncü yüksəksəviyyəli dialoq keçirəcək

Azərbaycan və IEA üçüncü yüksəksəviyyəli dialoq keçirəcək
09.07.2024 12:54
"Beynəlxalq Enerji Agentliyi (IEA)-COP29" üçüncü yüksəksəviyyəli dialoq bu ilin sentyabrında ABŞ-də baş tutacaq.

Bunu "Report"a açıqlamasında COP29-un prezidenti Muxtar Babayev deyib.

"Agentliyin rəhbəri Fatih Birolun iştirakı ilə əvvəlki "IEA-COP29" dialoqu iyunda Londonda keçirilib. Növbəti görüşümüz bu formatda olacaq. Üçüncü yüksəksəviyyəli dialoq bu ilin sentyabrında Nyu-Yorkda baş tutacaq", - deyə o vurğulayıb.

Qeyd edək ki, F.Birol və M.Babayevin həmsədrliyi ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının katibliyi ilə sıx əməkdaşlıq şəraitində keçirilən dialoqlar energetika sahəsinin inkişafı, sənaye emissiyalarını sıfıra endirmək və qlobal istiləşməni 1.5°C-yə qədər məhdudlaşdırmaq yolları ilə bağlı beynəlxalq konsensusun yaradılmasını davam etdirməyə yönəlib.

Xatırladaq ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edilib.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləsuvar heyvan bazarı yenidən fəaliyyətə başlayıb
Cəmiyyət 14:28
Biləsuvar heyvan bazarı yenidən fəaliyyətə başlayıb
İran XİN naziri sabah Türkiyəyə gedir
Cəmiyyət 14:05
İran XİN naziri sabah Türkiyəyə gedir
Şagirdin döyülməsi ilə bağlı araşdırma aparılır - Açıqlama
Cəmiyyət 13:32
Şagirdin döyülməsi ilə bağlı araşdırma aparılır - Açıqlama
Şəmkirdə 13 yaşlı qızla nişanlanan stomatoloq 1 000 manat cərimələnib
Cəmiyyət 12:52
Şəmkirdə 13 yaşlı qızla nişanlanan stomatoloq 1 000 manat cərimələnib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:31
Sabahın hava proqnozu açıqlanıb
Hava limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 12:03
Hava limanı yolunda sürət həddi endirilib
Bu yolda hərəkət məhdudlaşır
Cəmiyyət 11:40
Bu yolda hərəkət məhdudlaşır
Ötən il metroda necə cinayət qeydə alınıb? - Statistika
Cəmiyyət 11:11
Ötən il metroda necə cinayət qeydə alınıb? - Statistika
186 mindən çox torpaq sahəsi dövlət qeydiyyatına alınıb
Cəmiyyət 11:09
186 mindən çox torpaq sahəsi dövlət qeydiyyatına alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol