• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021237
  • ₺ 0.0398
  • £ 2.2709

Qız qaçıran qazi özünü yandırıb

Qız qaçıran qazi özünü yandırıb
10.07.2024 10:57
Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 44 günlük Vətən müharibəsinin qazisi Elnur Əliyev Cəlilabad Rayon İcra Hakimiyyəti binasının daxilində özünü yandıraraq intihara cəhd edib.

 Oxu.Az-ln xəbərirnə görə, Elnur Əliyev ağır yanıq xəsarətləri ilə Bakı Şəhər 5 saylı klinik xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Emil Habil oğlu Şəmmədov məsələ ilə bağlı bildirib ki, 1999-cu il təvəllüdlü Elnur Eynulla oğlu Əliyev Masallı rayonundan evlənmək məqsədilə qız qaçırıb.

"Qızın ailəsi buna razı olmayıb və anası evdə olmadığından məhkəmədə E.Əliyevə qarşı iddia qaldırıb. Anası iddia edib ki, qızının başını aldadaraq evdən aparıb. Qız yetkinlik yaşına çatıb, azyaşlı deyil. Qızın ailəsi məhkəmədə E.Əliyevdən 1 000 manat bir və 10 min manat da ayrı təzminat tələb edir. Qız əvvəl razılıq versə də, məhkəmədə qız özü də şikayətçi olub.

Elnur Əliyev isə tutulacağını düşünərək təlaşlanıb. Elnur Əliyev Vətən müharibəsi iştirakçısıdır, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub. Onu həmin gün, iyulun 9-da mən qəbul etmişdim, onun təlaşlandığı məsələ ilə bağlı hüquqşünas yoldaşlarla danışdım. Yanında da dedilər ki onun həbs olunması ilə bağlı məsələ ola bilməz. Sakitləşib getdi.

Amma üzərindən 10 dəqiqə keçmişdi səhər saat 11 radələrində Cəlilabad Rayon Məşğulluq Xidmətinin qarşısında özünü yandıraraq intihara cəhd edib. Onun psixoloji durumu da bir qədər stabil deyil, həmişə ona həssaslıqla yanaşmışıq. Təəssüf ki, belə bir hadisə yaşandı. Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən ona dəfələrlə maddi yardım olunub. Yəni onun problemi məhkəmə ilə bağlı olub, tutulmaqdan qorxub".

Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, E.Əliyev aldığı yanıq xəsarətləri ilə Bakıya, 5 saylı şəhər klinik xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib:
"Xəstəxanadan bildirilib ki, kürək nahiyəsində 25 faiz yanıq xəsarəti var. Vəziyyətinin ağır olmadığı, bir neçə gün ərzində müalicəsini yekunlaşdırıb evinə qayıda bilər".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 09.07.2024-cü il tarixində saat 14:55-də 1999-cu il təvəllüdlü (kişi cinsli) şəxs yanıq xəsarəti ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Bildirilib ki, ona boyun, gövdənin yan səthləri və hər iki yuxarı ətrafların III dərəcəli termiki yanığı diaqnozu təyin edilib:

"Hazırda vəziyyəti orta ağır qiymətləndirilir".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Nar” regionlarda peşəkar kadr hazırlığına dəstək olur
Cəmiyyət 16:29
“Nar” regionlarda peşəkar kadr hazırlığına dəstək olur
Gön-dərinin toplanması ilə bağlı çətinliklər var
Cəmiyyət 16:11
Gön-dərinin toplanması ilə bağlı çətinliklər var
Zaur Əliyev : Azərbaycanda heyvandarlıq sektorunda sistemli problemlər qalıb
Cəmiyyət 15:55
Zaur Əliyev : Azərbaycanda heyvandarlıq sektorunda sistemli problemlər qalıb
Azərbaycanın yumurta ixracı 11 ayda 35%-ə yaxın artıb – nazir
Cəmiyyət 15:51
Azərbaycanın yumurta ixracı 11 ayda 35%-ə yaxın artıb – nazir
"MTV" kanalında boşanma inkişaf kimi göstərildiyi üçün kanala xəbərdarlıq edilib
Cəmiyyət 15:26
"MTV" kanalında boşanma inkişaf kimi göstərildiyi üçün kanala xəbərdarlıq edilib
DGK: “Biləsuvar” postunda Naxçıvan–Bakı avtobusları üzrə gömrük nəzarəti qısa müddətdə bərpa olunub
Cəmiyyət 14:44
DGK: “Biləsuvar” postunda Naxçıvan–Bakı avtobusları üzrə gömrük nəzarəti qısa müddətdə bərpa olunub
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib
Cəmiyyət 13:52
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib
Kamran Əsədovun cinayət işinin detalları açıqlanıb
Cəmiyyət 13:29
Kamran Əsədovun cinayət işinin detalları açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:54
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol