• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Əmanətlərin Sığortalanması Fondu qanvermə aksiyası keçirib

Əmanətlərin Sığortalanması Fondu qanvermə aksiyası keçirib
10.07.2024 19:49
Əmanətlərin Sığortalanması Fondunda 9 iyul tarixində Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına dəstək çərçivəsində talassemiya, hemofiliya, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün növbəti qanvermə aksiyası baş tutub.

Aksiyada könüllü donor kimi Fondun 100-dən çox əməkdaşı iştirak edib.
Fond tərəfindən həyata keçirilən sayca üçüncü qanvermə aksiyasının əsas məqsədi hemofiliya və talassemiya, eləcə də digər qan xəstəliklərindən əziyyət çəkən insanlara, ələlxüsus da uşaqlara könüllü və təmənnasız yardım etmək, habelə onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları ilk öncə hər bir donordan qanın ümumi analizini götürmüş, ardınca isə digər tibbi müayinələri keçirib. Qeyd edək ki, toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

Hər il qan xəstəliklərindən əziyyət çəkən yüzlərlə insan qan çatışmazlığından həyatını itirir və ya sağlamlıq durumu kəskin şəkildə pisləşir. Bunu nəzərə alaraq kütləvi qanvermə aksiyalarının keçirilməsi sözügedən insanların xilas edilməsi baxımından cəmiyyət üçün başlıca məna kəsb edir.

Hazırda Azərbaycanda iki mindən artıq talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələr mövcuddur və kütləvi qanvermə aksiyaları onların həyatlarını xilas etmək üçün əvəzolunmaz dəstəkdir.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra ölüb
Cəmiyyət 23:47
Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra ölüb
Xəzər dənizində zəlzələ baş verib
Cəmiyyət 22:34
Xəzər dənizində zəlzələ baş verib
Azərbaycana payız gəlib
Cəmiyyət 22:29
Azərbaycana payız gəlib
Dərnəgül Bazarında söküntü işlərinə başlanılıb
Cəmiyyət 21:50
Dərnəgül Bazarında söküntü işlərinə başlanılıb
Ələtdə hava limanı bu tarixdə açılacaq
Cəmiyyət 21:30
Ələtdə hava limanı bu tarixdə açılacaq
Olimpiya Stadionunun yaxınlığında qəza olub, sıxlıq yaranıb
Cəmiyyət 19:47
Olimpiya Stadionunun yaxınlığında qəza olub, sıxlıq yaranıb
Sabah İmişli və Saatlıda 2 500-dən çox abonentin qazı kəsiləcək
Cəmiyyət 19:04
Sabah İmişli və Saatlıda 2 500-dən çox abonentin qazı kəsiləcək
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
Cəmiyyət 18:07
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib
Cəmiyyət 17:46
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol