Musa Qasımlı seçkidə iştirak etməyəcəyi ilə bağlı xəbərə münasibət bildirib

Deputat Musa Qasımlı mətbuatda bu dəfəki parlament seçkilərində namizəd olmayacağı ilə bağlı yazılara münasibət olaraq "kim istəyirsə namizədliyini irəli sürə bilər" cavabını verib.
Bu gün mətbuatda Musa Qasımlının 75 saylı Yardımlı-Masallı seçki dairəsindən namizəd olmayacağı yazılıb.
"Ölkəmizdə media azaddır. Kim nə istəyir yaza bilər. Seçki öncəsi şərait də sərbəst və demokratikdir. Kim isyəyirsə namizədliyini irəli sürə bilər", - deputat cavab verib.
Musa Qasımlı dəqiq olaraq yenidən namizədliyi irəli sürüb, sürməyəcəyi ilə bağlı hər hansı dəqiq fikir bildirməyib.
Əliməmməd Nuriyev faktı bakuposta təsdiq edib və bildirib ki, sənədlərini artıq Dairə Seçki Komissiyasına təqdim edib.
Musa Qasımlı Milli Məclisinin IV, V, VI çağırış deputatı olub.
Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin edilib. Prezident bir müddət öncə Parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər