• $
  • £

Lisey və gimnaziyalara qəbul prosesinin nəticələri elan olunub

Lisey və gimnaziyalara qəbul prosesinin nəticələri elan olunub
11.07.2024 19:03
2024-2025 tədris ili üzrə 34 təhsil müəssisəsində mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul prosesinin nəticələri elan olunub.Bu barədə Təhsil İnstitutundan bildirilib.
 
Şagirdlər sy.edu.az platforması üzərindən yaradılmış şəxsi kabinetlərinə daxil olaraq qəbul nəticələrini öyrənə bilərlər.

Şagirdlər seçim etdikləri lisey və ya gimnaziyalara qəbul olduqları təqdirdə, şəxsi kabinetlərinə daxil olaraq iyulun 18-i saat 12:00-a qədər qəbul olduqları müəssisəni təsdiqləməlidirlər. Qeyd olunan tarixədək uğurlu nəticə göstərən şagirdlərin nəticələri şəxsi kabinetdən təsdiqlənmədiyi halda qəbul nəticəsi etibarsız hesab ediləcək. Lisey, yaxud gimnaziyaya qəbul olan və valideyn modulundan təsdiq edilən şagirdlərin sorğuları sistem açılan zaman avtomatik yaradılacaq və avqust ayında sənəd qəbulu həyata keçiriləcək.

Qəbul imtahanında iştirak edən 29 min 480 şagirddən 21 min 694 şagird lisey və gimnaziya seçimi mərhələsində iştirak hüququ qazanıb. Seçimdə iştirak edən 17 min 3 şagirddən 3731 nəfəri mərkəzi imtahanlı lisey və gimnaziyalara qəbul olunub.

Qəbul nəticələri ilə bağlı müraciətlər iyulun 16-sı saat 12:00-a qədər institutun rəsmi elektron ünvanına ([email protected]) göndərilə bilər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib
Cəmiyyət 15:49
Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib
Lənkəranda zəlzələ olub
Cəmiyyət 15:08
Lənkəranda zəlzələ olub
Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 14:56
Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür - Yenilənib
Cəmiyyət 14:21
Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür - Yenilənib
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 14:12
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Gədəbəydə azyaşlı xəstəlikdən ölüb
Cəmiyyət 14:01
Gədəbəydə azyaşlı xəstəlikdən ölüb
Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 13:26
Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 12:47
Sabahın hava proqnozu
Zaqatalada istirahət mərkəzində yanğın olub
Cəmiyyət 10:30
Zaqatalada istirahət mərkəzində yanğın olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol