• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib
15.07.2024 10:41
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.


Məktubda deyilir:


"Hörmətli cənab Prezident,


Əziz Qardaşım,


15 İyul hadisələrinin səkkizinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.


Qardaş Türkiyənin qan yaddaşına əbədi olaraq həkk olunmuş bu gecədə baş vermiş mənfur çevriliş cəhdi ölkənizin milli maraqlarına, demokratik əsaslarına və hüququn aliliyinə qəsd idi. Müdrik və mərd Türkiyə xalqı Vətən, dövlətçilik və demokratiya uğrunda qətiyyətlə mübarizə apararaq və sinəsini sipər edərək növbəti dəfə qəhrəmanlıq dastanı yazdı. Bu hadisələr ilə əlaqədar təsis edilmiş 15 İyul - "Demokratiya və Milli Birlik Günü” mətin xalqınızın həmrəylik, mübarizlik və milli birlik rəmzi olaraq daim yaşayacaq və əsrlər ötdükcə daha böyük qürurla xatırlanacaqdır.


Türkiyə dövlətçiliyinə qarşı yönəlmiş bu çevriliş cəhdinin dəf olunmasında və bununla da ölkənizi böyük faciələrdən xilas edilməsində şəxsən Sizin gördüyünüz təxirəsalınmaz qəti addımların və liderliyinizin xüsusi rolu olmuşdur. Xalqınız Sizin ətrafınızda sıx birləşərək dövlətinə, azadlığına və demokratiyasına sahib çıxmaqla dünyaya milli qürurunu, gücünü və sarsılmaz iradəsini bir daha sübut etdi.


Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən bu xəyanəti şiddətlə qınamış və həmişə olduğu kimi qardaş Türkiyə dövlətinin və xalqının yanında yer almışdı. Bu bizim sevincimizi və kədərimizi birgə paylaşdığımız Türkiyəyə qardaşlıq və vəfa borcumuz idi.


Hörmətli cənab Prezident, bu yaxınlarda Sizinlə Astanada görüşümüzü, apardığımız ətraflı fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram. Əminəm ki, dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Türkiyə əlaqələrini, çoxşaxəli əməkdaşlığını və strateji müttəfiqliyini genişləndirmək, dünyada bənzəri olmayan dövlətlərarası münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırmaq naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.


Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Siyasət 13:42
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Siyasət 12:00
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Prezident xalqa müraciət edib - Yenilənib
Siyasət 00:00
Prezident xalqa müraciət edib - Yenilənib
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Siyasət 21:02
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Siyasət 16:47
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Siyasət 16:27
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Siyasət 16:22
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Prezident sərəncam imzalayıb
Siyasət 16:20
Prezident sərəncam imzalayıb
Milli Məclisin payız sessiyası başa çatıb
Siyasət 12:52
Milli Məclisin payız sessiyası başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol