• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021237
  • ₺ 0.0398
  • £ 2.2709

Nəcməddin Sadikovla bağlı yeni korrupsiya faktları aşkarlanıb

Nəcməddin Sadikovla bağlı yeni korrupsiya faktları aşkarlanıb
15.07.2024 15:37
Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyindən 143 milyonun oğurlanması ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Müttəhimlər kürsüsündə maliyyə-büdcə idarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin keçmiş rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının maliyyə idarəsinin keçmiş rəisi Bayram Bayramov, və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin keçmiş rəisi Vüsal Əlizadə oturub. 

Prosesdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsinin təqdim etdiyi 4 illik maliyyə hesabatı da var.

Hesabata görə, 2016-2019-cu illər ərzində nazirlik tərəfindən həyata keçirilən tədbirlərə 713 min manat vəsait xərclənib. Bunun içində həmçinin 4 il ərzində "Ağ Çiçəyim" mağazalar şəbəkəsindən 60 min manatlıq gül, 14 min manatlıq qapalı məkan üçün bitkilərin alınması kimi faktlar var. 

Hesabatda həmçinin yazılıb ki,  Azərbaycan Müdafiə Nazirliyinin  sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov üçün 21 min manata 6 dəst (cəmi 36 ədəd) çay stəkanı və 8 min manata 80 butulka şərab (hər biri 100 manat) alınıb və  dövlət vəsaiti hesabına ödənilib.

Müraciətdə cinayət işi çərçivəsində bir çox şəxslərin adına 1 milyon manatdan yuxarı pulların köçürüldüyü və mənimsənildiyi bildirilib. 

Məhkəmə iyulun 19-da davam etdiriləcək.

Nazirlikdən 143 milyonun oğurlanması faktı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən üzə çıxıb. İş üzrə bir sıra müdafiə idarəsinin zabitləri cinayət məsuliyyətinə cəlb edilib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Cəmiyyət 12:33
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Cəmiyyət 12:03
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
Cəmiyyət 16:21
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
Cəmiyyət 18:24
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
Cəmiyyət 14:28
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Cəmiyyət 20:46
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Seçkilərə gedən
Cəmiyyət 16:47
Seçkilərə gedən "Musavat" partiyasının qazandıqları - MÜSAHİBƏ/VIDEO
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Cəmiyyət 14:28
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol