• $
  • £

Bir mənzili müxtəlif adamlara satan şirkət rəhbərinin məhkəməsi başlayır

Bir mənzili müxtəlif adamlara satan şirkət rəhbərinin məhkəməsi başlayır
15.07.2024 16:06
Eyni mənzili müxtəlif  şəxslərə sataraq onlara  500 min manat  maddi ziyan vurmaqda təqsirləndirilən tikinti şirkətinin vəzifəli şəxsinin  işi üzrə məhkəmə başlayıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. 
 
"Star-M” və "ŞANS” mənzil tikinti kooperativinin faktiki rəhbəri Məhərrəm  Məhərrəmov sözügedən kooperativlər tərəfindən Bakıda inşa olunan yüksək mərtəbəli yaşayış binalarında mənzil almaq üçün müraciət edənun vətəndaşlara qanuni sahibləri olan mənzilləri və qeyri-yaşayış sahəsini saxta müqavilə və maliyyə arayışları tərtib edib satmaqla 5 şəxsə məxsus ümumilikdə 485 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib", - məlumatda bildirilib.  

İstintaqa görə, Məhərrəmov eEyni mənzilləri 59 şəxsə satıb, 2,4 milyon pulu ələ keçiriblər. 

Toplanmış sübutlar əsasında Məhərrəm Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi qaldırılıb.
 
Məhərrəmova qarşı başqa cinayət işi üzrə  məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin olması nəzərə alınıb.

İstintaq dövründə vurulan  maddi ziyanın bir hissəsinin zərər çəkən şəxslərə ödənilməsi təmin edilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq iş baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xamenei ilə vida mərasimi 3 gün davam edəcək
Cəmiyyət 12:01
Xamenei ilə vida mərasimi 3 gün davam edəcək
Martın 3-də Azərbaycanda 68 cinayət açılıb, 177 nəfər saxlanılıb – DİN
Cəmiyyət 11:12
Martın 3-də Azərbaycanda 68 cinayət açılıb, 177 nəfər saxlanılıb – DİN
ABŞ və İsrailin əməliyyatları səbəbindən İrandan Azərbaycana 1,161 nəfər təxliyə olunub
Cəmiyyət 11:08
ABŞ və İsrailin əməliyyatları səbəbindən İrandan Azərbaycana 1,161 nəfər təxliyə olunub
Beynəlxalq axtarışda olan 2 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 11:04
Beynəlxalq axtarışda olan 2 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Nazirdən direktorlara: Şagird və müəllim arasında etimada əsaslanan ünsiyyət vacibdir
Cəmiyyət 10:04
Nazirdən direktorlara: Şagird və müəllim arasında etimada əsaslanan ünsiyyət vacibdir
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Cəmiyyət 23:56
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol