• $
  • £

SOCAR təqaüd proqramına qəbul elan edib

SOCAR təqaüd proqramına qəbul elan edib
17.07.2024 16:49
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Türkiye Petrolleri Anonim Ortaklığı” şirkəti ilə əməkdaşlıq çərçivəsində Zonguldak Bülent Ecevit Universitetinin (ZBEU) nəzdində fəaliyyət göstərən Çaycuma peşə məktəbinə "Offshore Subsea Operations Technology" (Dənizdə sudibi əməliyyatların texnologiyası) və "Offshore Drilling Technology" (Dənizdə qazma texnologiyası) ixtisasları üzrə təqaüd proqramına qəbul elan edir.

"Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, 2 illik peşə təhsili müddətində qəbul olmuş şəxsin təhsil haqqı və aylıq 350 manat məbləğində təqaüd SOCAR tərəfindən ödəniləcək. Əlavə olaraq, təhsil ili ərzində 2 dəfə olmaqla Azərbaycandan Türkiyəyə və əks istiqamətdə təyyarə bileti təmin olunacaq.
Təqaüd proqramına kimlər müraciət edə bilər?

Proqrama müraciət etmək üçün namizədlər aşağıda qeyd olunan tələblərə cavab verməlidirlər:

• Azərbaycan Respublikası vətəndaşı olmalı;
• Tam orta təhsilli olmalı;
• Xarici dil bilikləri olmalıdır. (türk dili C-1 və ingilis dili B-1 səviyyələri)

*İmtahan nəticələrinə əsasən ehtiyac yaranarsa İngilis dili ilə bağlı nəticələri tələblərə cavab verməyən müraciətçilər peşə məktəbində əlavə olaraq 1 illik hazırlıq müddətinə cəlb oluna bilərlər. Bu müddət ərzində də xərclər SOCAR tərəfindən qarşılanacaqdır.

Seçim prosesi hansı mərhələlərdən ibarətdir?

Müsabiqə mərhələli olaraq keçiriləcək:

 Proqrama müraciət mərhələsi (Zonguldak Bülent Ecevit Universitetinin müvafiq sistemi vasitəsilə)
 Dil biliyinin yoxlanması mərhələsi:
• İngilis və türk dili biliyinin yoxlanması imtahanı (İmtahanlar Zonguldak Bülent Ecevit Universitetinin əməkdaşları tərəfindən Bakıda təşkil ediləcəkdir.)
 Proqrama seçim və qəbul mərhələsi. (Seçim Zonguldak Bülent Ecevit Universitetinin tərəfindən aparılacaqdır)
Necə müraciət etmək olar?
Peşə məktəbi və ixtisaslarla ətraflı tanış olmaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz.
"Offshore Drilling Technology" ixtisası üzrə ətraflı məlumat
"Offshore Subsea Operations Technology" ixtisası üzrə ətraflı məlumat
Müraciət etmək üçün linkə buradan keçid edə bilərsiniz.
Müraciət qəbulunun son tarixi: 31 iyul 2024-cü il
*SOCAR Proqramın sonunda məzunların işə qəbulu ilə əlaqəli öhdəlik daşımır.
- Müraciət zamanı yaranan texniki problemlər və digər dəqiqləşdirmələr ilə bağlı suallar
[email protected] emailinə ünvanlana bilər.
- Proqramla bağlı əlavə suallarınızı ünvanlamaq üçün:

Əlaqə nömrəsi: +994508410532, +994508410711


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xamenei ilə vida mərasimi 3 gün davam edəcək
Cəmiyyət 12:01
Xamenei ilə vida mərasimi 3 gün davam edəcək
Martın 3-də Azərbaycanda 68 cinayət açılıb, 177 nəfər saxlanılıb – DİN
Cəmiyyət 11:12
Martın 3-də Azərbaycanda 68 cinayət açılıb, 177 nəfər saxlanılıb – DİN
ABŞ və İsrailin əməliyyatları səbəbindən İrandan Azərbaycana 1,161 nəfər təxliyə olunub
Cəmiyyət 11:08
ABŞ və İsrailin əməliyyatları səbəbindən İrandan Azərbaycana 1,161 nəfər təxliyə olunub
Beynəlxalq axtarışda olan 2 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 11:04
Beynəlxalq axtarışda olan 2 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Nazirdən direktorlara: Şagird və müəllim arasında etimada əsaslanan ünsiyyət vacibdir
Cəmiyyət 10:04
Nazirdən direktorlara: Şagird və müəllim arasında etimada əsaslanan ünsiyyət vacibdir
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Cəmiyyət 23:56
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol