Aİ Ermənistan üçün viza rejimini liberallaşdıra bilər
Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə danışıqlara başlamaq məsələsi Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Şurasının iclasının gündəliyinə daxil edilib.Bu barədə Ermənistan Parlamentinin Avropaya inteqrasiya komissiyasının rəhbəri Arman Yeqoyan məlumat verib.
"Ermənistan üçün viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanması, o cümlədən Avropa Sülh Aləti vasitəsilə Ermənistana yardımın göstərilməsi məsələləri Aİ Xarici Əlaqələr Şurasının iyulun 22-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. Bu iki bənd üzrə qərarlar eyni gündə veriləcək", - Yeqoyan qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox