• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Rusiya məhkəməsi Navalnının cəzasını qanuni hesab edib

Rusiya məhkəməsi Navalnının cəzasını qanuni hesab edib
22.07.2024 15:08
Rusiya Ali Məhkəməsi Aleksey Navalnının 19 ilini xüsusi rejimli koloniyada keçirməli olduğu hökmün qanuniliyini təsdiq edib. "İnterfaks” bu barədə məhkəmənin mətbuat xidmətinə istinadən xəbər verib.
 

Söhbət Moskva Şəhər Məhkəməsinin 4 avqust 2023-cü il tarixli hökmündən, eləcə də Birinci Apellyasiya Məhkəməsinin həmin ilin 26 sentyabr tarixli apellyasiya şikayəti üzrə qərarından gedir, məhkəmə onları dəyişməz qoyub. Navalnı ekstremist təşkilat yaratmaqda, ekstremist fəaliyyəti maliyyələşdirməkdə və s. günhakar bilinib. 

Beləliklə, məhkəmə Navalnının vəkillərinin kassasiya şikayətlərini rədd edib.
 
Fevralın 16-da cəzaçəkmə müəssisəsində qəflətən ölən Rusiya müxalifətinin lideri  Aleksey Navalnı Moskvanın Marino rayonunda dəfn edilib.
 
Navalnının nəşi fevralın 24-də anası Lüdmila Navalnıyaya təhvil verilib.
 
Aleksey Navalnı 1976-cı ildə Moskvada anadan olub. Rusiya prezidenti Vladimir Putinə aparıcı müxalifət sayılırdı.  

2013-cü ildə Moskva meri seçkilərində 27,24% səs toplayaraq Sergey Sobyanindən sonra ikinci yeri tutub.  2013-cü ilin noyabrından "Gələcəyin Rusiyası” siyasi partiyasının Mərkəzi Şurasına rəhbərlik edib. O, 2018-ci ilin martında keçirilən Rusiya prezident seçkilərində iştirak etmək niyyətini açıqlayıb və   tam hüquqlu seçki kampaniyası aparan yeganə siyasətçi olub.  Lakin Mərkəzi Seçki Komissiyası  onu qeydə almaqdan imtina edib. 2017-2018-ci illərdə Rusiyada kütləvi etiraz hərəkatının liderlik edib.  

2009-cu ildə Navalnı "Vedomosti” qəzeti tərəfindən "ilin adamı”  elan olunub.  2012 və 2021-ci illərdə "Time” jurnalı onu dünyanın 100, 2017-ci ilin iyununda isə internetin ən nüfuzlu 25 adamından biri adlandırıb.

2020-ci ildə kimyəvi maddə  ilə zəhərlənmə nəticəsində komaya düşüb.  Avqustun 20-dən 22-dək Omsk şəhər 1 saylı şəhər klinik xəstəxanasının toksikologiya şöbəsində, avqustun 22-dən sentyabrın 22-dək isə Berlindəki Charite xəstəxanasında müalicə olunub, evə buraxıldıqdan sonra Almaniyada reabilitasiya kursu keçib. 

17 yanvar 2021-ci ildə Almaniyada müalicə olunduqdan sonra Navalnı Berlindən Moskvaya qayıdıb və pasport nəzarətindən keçərkən həbs olunub.  

Navalnının zəhərlənməsi beynəlxalq və ümummilli rezonans doğurub. Avropa İttifaqı və Böyük Britaniya 6 yüksək rütbəli Rusiya məmurunu Navalnıya qarşı  kimyəvi silahdan istifadə etməklə sui-qəsd təşkil etməkdə sulçlayıb və onlara qarşı sanksiyalar tətbiq edib.

Rusiya hakimiyyəti onun zəhərlənməsində əli olması ilə bağlı ittihamları rədd edib. Vladimir Putin, mən istəsəydim o sağ qalmazdı deyə ittihamlara cavab verib. 

2021-ci ilin mayında Amnesty International hüquq müdafiə təşkilatı Navalnıya "vicdan məhbusu” statusu verib. 

2021-ci ilin oktyabrında Avropa Parlamenti Navalnıya Avropa Birliyinin insan haqları üzrə əsas mükafatı olan Saxarov mükafatı ilə təltif edib,  2022-ci ildə Nobel Sülh Mükafatına namizəd olub. 

2022-ci il martın 22-də Moskvanın Lefortovo Rayon Məhkəməsi Aleksey Navalnını dələduzluq və məhkəməyə hörmətsizlik ittihamı ilə ciddi rejimli koloniyada doqquz il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. 

4 avqust 2023-cü ildə Moskva Şəhər Məhkəməsi Aleksey Navalnı ekstremist icma yaratmaq, ekstremist fəaliyyəti maliyyələşdirmək və internetdə ekstremizmə çağırış ittihamı ilə xüsusi rejimli koloniyada daha 19 il həbs cəzasına məhkum edib.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Dünya 23:26
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Putin Pasxa atəşkəsi elan edib
Dünya 23:21
Putin Pasxa atəşkəsi elan edib
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Dünya 22:49
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Dünya 21:46
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Dünya 20:50
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Dünya 20:20
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
Dünya 19:59
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Dünya 18:08
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol