• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Ermənistan Hindistandan ən çox silah alan ölkəyə çevrilib - Şərh

Ermənistan Hindistandan ən çox silah alan ölkəyə çevrilib - Şərh
24.07.2024 12:18
Ermənistan Hindistandan ən çox silah alıcısına çevrilib. Bu barədə Hindistanın IADN xəbər agentliyi məlumat yayıb. 

"2024-2025-ci maliyyə ilində Ermənistanın Hindistandan silah alışının ümumi həcmi 600 milyon dollara çatıb", - agentliyin açıqladığı hesabatda qeyd olunur. 
 
Beynəxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli hesab edir ki, bu hesabatın açıqlanması Azərbaycana siyasi bir xəbərdarlıqdır. 
 
"Hindistanın Kəşmirə dəstəyi, Pakistanın da Qarabağa dəstəyi hər iki ölkə üçün Cənubi Qafqazda mübarizə meydanı oldu. Belə ki, Hindistan Ermənistana silah verməyə başladı, Pakistan da Azərbaycanla hərbi əməkdaşlıq qurdu. Son bir ildə gəlinən nəticə budur ki, Ermənistanın silahlandırılması nəzərindən Hindistan böyük silah ixracları həyata keçirir. Bu da onun açıqlamasıdır ki, Ermənistanın silahlandırılması davam edəcək, Hindistan Ermənistanın hərbi müttəfiqdir. Bu həm də Azərbaycana hərbi siyasi xəbərdarlıqdır", - Əlibəyli söyləyib. 
 
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tural Gəncəliyev bildirir ki, bu çox narahatedici məqamdır və bu məsələ yenidən nəzərdən keçirilməlidir. 
 
"Ermənistan son zamanlar ciddi şəkildə silahlanmağa davam edir. Ermənistana ən çox silah göndərən Fransa və Hindistanı qeyd etmək olar. Bu Ermənistanın regionda yeni hərbi siyasətinin aparmaq istədiyinin də göstəricisidir. Ermənistan elə bu silahlanma məsələsinə görə havadarlarına arxalanaraq sülh sənədini imzalamaqdan imtina edir. Müxtəlif bəhanələrlə vaxtı uzadır. Atəşkəsi pozur. Ermənistan rəsmiləri bəzən qeyri adekvat addımlar atırlar, açıqlamalar verirlər. Hindistandan alınan silahlar öldürücü silahlardır ki, bu da regionda yeni münaqişəyə riski yaradır. Bu baxımdan Hindistana öz mövqeyimizi sərt bildirmişik, bundan sonra da bildirıcəyik. Hindistan regionda çox zərif balansı pozmaq istiqamətində atddığı adımları başa düşməlidir. Azərbaycan qəti yol verə bilməz ki, Ermənistan bu şəkildə silahlansın və öz qonşuları üçün ciddi təhlükə mənbəyinə çevrilsin. Ermənistan silahlananda müharibə yolunu seçir", - deputat bildirib. 
 
Deputat Rasim Musebeyov hesab edir ki, bu böyük məbləğ deyil və buna görə çox da narahat olmaq lazım deyil. 
 
"Baxmaq lazımdır Hindistanın silah bazarında hansısa bir çəkisi varmı. Bu cüzi məbləğdir. Etrazımızı bildirmişik. Ondan uzağa getməmişik. Biz deyirik ki, Hindistan bunu nahaq edir, ancaq buna görə kefimizi pozmağa dəyməz. Azərbaycanla müqavilədə bu cüzi bişeydir. Münasibətlərimiz yaxşı deyil. Səbəbi də budur ki, Hindistan Pakistanı özünə düşmən görür, Azərbaycan isə Pakistanı özünə stateji partnyor dost ölkə görür. Hər kəs öz dostunu seçir. Bütün hallarda proseslər diqqətdə saxlanılmalıdır", - o əlavə edib. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Dünya 23:26
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Putin Pasxa atəşkəsi elan edib
Dünya 23:21
Putin Pasxa atəşkəsi elan edib
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Dünya 22:49
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Dünya 21:46
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Dünya 20:50
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Dünya 20:20
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
Dünya 19:59
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Dünya 18:08
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol