• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Kamran Əliyev Kadir Özkaya ilə görüşüb

Kamran Əliyev Kadir Özkaya ilə görüşüb
26.07.2024 19:45
İyulun 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya ilə görüşüb.Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
 
Qonaqları salamlayan Baş prokuror qardaş Türkiyə ilə Heydər Əliyevin "Bir millət, iki dövlət" və türk xalqının Ulu öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" fəlsəfəsi ilə tarixən milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdiyini bildirərək, hər iki dövlətin prezidentləri  İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksədiyini qeyd edib.

Baş prokuror İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqəti ilə Qarabağda aparılan geniş quruculuq bərpa işləri haqda danışaraq, bu ilin iyun ayında Xankəndi şəhər prokurorluğunun təntənəli açılış mərasiminin keçirildiyini bildirib.

Kamran Əliyev cari ilin noyabr ayında dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un və cari ilin 29 sentyabr – 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının Azərbaycanda keçiriləcəyi barədə qonaqları məlumatlandırıb.

Türk Dövlətləri Təşkilatı çərçivəsində prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. 2021-ci ildə Bakıda təsis edilmiş TDT Baş Prokurorlar Şurasının bu ilin 25 iyul tarixində Bişkekdə sayca üçüncü iclasının keçirilməsi hüquq-mühafizə orqanlarımız arasında davamlı və səmərəli fəaliyyətin bariz nümunəsi olduğu vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Kadir Özkaya iki ölkə arasında bütün sahələri əhatə edən münasibətlərin yüksək səviyyədə olmasından bəhs edib. Sədr azərbaycanlı və türkiyəli hüquqşünaslar arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinin önəmindən danışaraq, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı iştirak edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Tovuzda avtomobil dərəyə aşdı- Sürücü öldü
Cəmiyyət 20:16
Tovuzda avtomobil dərəyə aşdı- Sürücü öldü

Bakı aeroportu yaz-yay uçuş cədvəlinə keçir
Cəmiyyət 20:00
Bakı aeroportu yaz-yay uçuş cədvəlinə keçir

Taksi sürücüsünü soymaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 19:36
Taksi sürücüsünü soymaqda şübhəli bilinən şəxs saxlanılıb

Kür çayında tok aparatı ilə qanunsuz balıq ovlayan 3 nəfər saxlanılıb
Cəmiyyət 19:23
Kür çayında tok aparatı ilə qanunsuz balıq ovlayan 3 nəfər saxlanılıb

Paytaxtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar
Cəmiyyət 17:02
Paytaxtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar
Polis Buzovnada qaya daşlarını zədələyən şəxsi saxlayıb
Cəmiyyət 16:26
Polis Buzovnada qaya daşlarını zədələyən şəxsi saxlayıb
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək, dolu yağacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 16:18
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək, dolu yağacaq - XƏBƏRDARLIQ

Ötən gün Azərbaycanda axtarışda olan 30 nəfər saxlanılıb
Cəmiyyət 14:56
Ötən gün Azərbaycanda axtarışda olan 30 nəfər saxlanılıb

Bəzi ərazilərə yağış yağıb- Faktiki hava
Cəmiyyət 14:26
Bəzi ərazilərə yağış yağıb- Faktiki hava
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol