• $
  • £

Xocalı qurbanlarının xatirəsi "Qalatasaray"-"Çelsi" matçında anılacaq?

Xocalı qurbanlarının xatirəsi "Qalatasaray"-"Çelsi" matçında anılacaq?
10.02.2014 14:49
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin əməkdaşları Xocalı soyqırımının dünyada tanıdılması üçün orijinal aksiyaya başlayıb. ANS PRESS-in məlumatına görə, UEFA-nın və “Qalatasaray” komandasının e-mail ünvanlarına müraciət göndərilib. Jurnalist Ekspert Mərkəzinin Facebook səhifəsində müraciətin mətni yerləşdirilib. Müraciətdə xahiş olunur ki, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində fevralın 26-ı keçiriləcək “Qalatasaray” – “Çelsi” qarşılaşmasında 26 fevral Xocalı soyqırımının anım günü türkiyəli futbolçular meydana qollarına qara lent bağlayaraq çıxsınlar. Təklifdə deyilir: “Azərbaycanda fəaliyyət göstərən bütün QHT-lər UEFA və “Qalatasaray”ın ([email protected]/* */, [email protected]/* */) ünvanlarına ingilis, türk dillərində eyni məzmunda məktub göndərsin. Təşkilat rəhbərləri təbliğat baxımından həmin məktubların mətnini “Facebook” səhifələrində paylaşsınlar. Ekspert Mərkəzinin müraciəti: 1992-ci il fevralın 25-dan 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək, azərbaycanlılara qarşı soyqırım həyata keçiriblər. Bu dəhşətli faciədə 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Xocalı şəhəri yer üzündən silindi.Cənab Mişel Platini (Ünal Aysal), Sizdən xahiş edirik, dünyanın ən dəhşətli facilərindən biri olan Xocalı soyqırımında qətlə yetirilənlərin ruhlarını bir dəqiqəlik sükütla yad etmək üçün Azərbaycanla eyni dərdi yaşayan Türkiyənin komandası “Qalatasaray”ın futbolçuları fevralın 26-da meydana qollarına qara lent bağlayaraq çıxsınlar.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Siyasət 10:11
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Siyasət 19:24
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Siyasət 11:53
Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Siyasət 20:45
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Siyasət 18:35
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol