• $ 1.7
  • € 2.0052
  • ₽ 0.022154
  • ₺ 0.039
  • £ 2.3052

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib
28.07.2024 15:18
Sinoptiklər tərəfindən əvvəlcədən verilən xəbərdarlıqlara görə, bu gün və sabah ölkənin bir sıra ərazilərində leysan yağışlar yağacaq, bəzi çaylardan sel keçəcək.Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, sel-daşqın hadisələrinin olması ehtimalı barədə hidrometeoroloqlar tərəfindən verilən xəbərdarlıqlar diqqətə alınmalı, daşqın yarana biləcəyinə görə, çay vadilərində və ona yaxın yerlərdə dayanmağın təhlükəsi nəzərə alınmalıdır:

"Əfsus ki, insanlar bəzən sel hadisəsinin yaradacağı fəsadların fərqinə varmır, təhlükənin ciddiliyini nəzərə almır, ərazini tərk etmirlər. Axının hər an istiqamətini dəyişə biləcəyi və fəsadlar törədəcəyi daim diqqətimizdə olmalıdır”.

Nazirlik sözçüsü bildirib ki, hava ilə bağlı verilən xəbərdarlıqlara biganə münasibət göstərilməməli, əksinə, bu, həmin gün üçün fəaliyyətimizin əsas faktoru olmalıdır:

"Verilən hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür və bu mümkün təhlükələrdən əvvəlcədən xəbər tutmağa, özümüzü və yaxınlarımızı qorumağa imkan yaradır. Ardıcıl olaraq vətəndaşlarımızın hava durumu barədə məlumatlandırılması, xəbərdarlıqların verilməsinin də məqsədi budur. Odur ki, mütəmadi olaraq yenilənən hava məlumatlarının ciddi şəkildə izlənilməsini tövsiyə edirik”.

İradə İbrahimova bildirib ki, hava şəraiti ilə əlaqədar sinoptiklər tərəfindən ictimaiyyətə mütəmadi yenilənmiş məlumatlar təqdim olunacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin həbs müddəti uzadılıb
Cəmiyyət 19:56
Əli Kərimlinin həbs müddəti uzadılıb
Fəzail Ağamalı vəfat edib
Cəmiyyət 19:39
Fəzail Ağamalı vəfat edib
Zaur Axundova cinayət işi açılıb
Cəmiyyət 19:30
Zaur Axundova cinayət işi açılıb
Sabah bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 18:54
Sabah bu ərazilərdə qaz kəsiləcək
Bakı və Siyəzən sakinləri dəm qazından boğularaq ölüb
Cəmiyyət 18:09
Bakı və Siyəzən sakinləri dəm qazından boğularaq ölüb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncıXƏBƏRDARLIQ
Cəmiyyət 17:25
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncıXƏBƏRDARLIQ

“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat başlayıb
Cəmiyyət 17:20
“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat başlayıb


Əmək pensiyaları indeksləşdiriləcək -SƏRƏNCAM
Cəmiyyət 16:55
Əmək pensiyaları indeksləşdiriləcək -SƏRƏNCAM


Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib
Cəmiyyət 16:53
Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol