• $ 1.7
  • € 2.0043
  • ₽ 0.021553
  • ₺ 0.0426
  • £ 2.317

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı bu gün başa çatır
29.07.2024 10:22
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə azı 100 bal olmalıdır) və jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər iyulun 29-u saat 23:59-dək Mərkəzin internet səhifəsinə daxil olaraq sorğu anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər. Onların qabiliyyət imtahanı avqustun 4-də keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.

Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər.

Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları və abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblər DİM-in saytında yerləşdirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Oğuzun iki kəndində qaz kəsiləcək
Cəmiyyət 11:00
Oğuzun iki kəndində qaz kəsiləcək
Sabirabadda 19 yaşlı oğlan Kür çayında boğulub
Cəmiyyət 09:49
Sabirabadda 19 yaşlı oğlan Kür çayında boğulub
Bu gün Aşuradır
Cəmiyyət 08:56
Bu gün Aşuradır
Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var
Cəmiyyət 20:52
Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var
Şəmkirdə göldə batan 3 azyaşlının meyiti tapılıb-Yenilənib
Cəmiyyət 19:52
Şəmkirdə göldə batan 3 azyaşlının meyiti tapılıb-Yenilənib
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:30
Faktiki hava açıqlanıb
Temperaturun yüksələcəyi, normadan artıq olacağı gözlənilir
Cəmiyyət 18:39
Temperaturun yüksələcəyi, normadan artıq olacağı gözlənilir
32 saatlıq əməliyyatda heç bir tibbi protokolun tələbləri pozulmayıb - Cərrah
Cəmiyyət 17:52
32 saatlıq əməliyyatda heç bir tibbi protokolun tələbləri pozulmayıb - Cərrah
Taxıl biçini yekunlaşıb
Cəmiyyət 17:42
Taxıl biçini yekunlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol