• $
  • £

Qazaxıstan Azərbaycana daha çox buğda göndərmək üçün mexanizm hazırlayır

Qazaxıstan Azərbaycana daha çox buğda göndərmək üçün mexanizm hazırlayır
29.07.2024 15:49
Qazaxıstan hazırda Azərbaycana daha çox buğda göndərmək istiqamətində yeni mexanizmlər üzərində işləyir. Bu barədə Azərtac  Qazaxıstanın Ərzaq Korporasiyasının İdarə Heyətinin sədri Asılxan Cumaşevə istinadan yazıb. 
 
O bildirib ki, ölkəsi Azərbaycana iri həcmdə taxıl buğdası göndərməyə hazırdır.

"Biz hazırda Qazaxıstan buğdası ilə Azərbaycan bazarında yenidən rəqabətədavamlı olmaq və əvvəlki mövqelərimizə qayıtmaq üçün mexanizmlər üzərində işləyirik.  Hövsan limanında yerləşən Bakı taxıl terminalı ildə 600 min tona yaxın taxılyükləmə qabiliyyətinə malikdir, dəyirman kompleksi isə ildə 50 min tona qədər məhsul emal etmək gücünə malikdir. Terminal fasiləsiz işləyir və yüksək keyfiyyətli xidmətlərə zəmanət verən avtomatlaşdırılmış prosesə nəzarət sistemi ilə təchiz olunub ”, - Cumaşev Bakıda keçirilən kənd təsərrüfatı forumunda deyib.
 
Buğdanın idxaldan asılılığını azaltmaq məqsədilə işğaldan azad olunmuş ərazilərdə 2023-2024-cü il üçün 84,4 min hektar ərazidə payızlıq taxıl əkilib. 
 
Nazirlər Kabinetinin tapşırığna əsasən faktiki əkin işləri aparılmış təxminən 20 min hektar ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi nəzərdə tutulub. 
 
Azərbaycanda 2023-cü ildən etibarən 5 il müddətinə taxılın hər tonuna görə 100 manat məbləğində subsidiya müəyyən edilib. 
 
Ümumilikdə, Azərbaycana buğda idxalının 87 faizi Rusiyanın, 13 faizi isə Qazaxıstanın payına düşüb.

2023-cü ildə Azərbaycana buğda idxalı 1 milyon 175,341 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 9,1% azdır.

 
Hazırda Azərbaycanda buğdaya olan tələbatın 62% yerli istehsal hesabına ödənilir.  Qalan hissə Ukrayna, Rusiya və Qazaxıstandan idxal edilir. 
 
 
Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan dili imtahanının nəticələri elan olunub
Cəmiyyət 12:59
Azərbaycan dili imtahanının nəticələri elan olunub
Qarabağın 2 rayonunda yarımarka keçirəcək
Cəmiyyət 12:44
Qarabağın 2 rayonunda yarımarka keçirəcək
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:40
Sabahın hava proqnozu açıqlanıb
Bayramlara görə pensiyalar tez ödəniləcək
Cəmiyyət 12:13
Bayramlara görə pensiyalar tez ödəniləcək
Xamenei ilə vida mərasimi 3 gün davam edəcək
Cəmiyyət 12:01
Xamenei ilə vida mərasimi 3 gün davam edəcək
Martın 3-də Azərbaycanda 68 cinayət açılıb, 177 nəfər saxlanılıb – DİN
Cəmiyyət 11:12
Martın 3-də Azərbaycanda 68 cinayət açılıb, 177 nəfər saxlanılıb – DİN
ABŞ və İsrailin əməliyyatları səbəbindən İrandan Azərbaycana 1,161 nəfər təxliyə olunub
Cəmiyyət 11:08
ABŞ və İsrailin əməliyyatları səbəbindən İrandan Azərbaycana 1,161 nəfər təxliyə olunub
Beynəlxalq axtarışda olan 2 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 11:04
Beynəlxalq axtarışda olan 2 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Nazirdən direktorlara: Şagird və müəllim arasında etimada əsaslanan ünsiyyət vacibdir
Cəmiyyət 10:04
Nazirdən direktorlara: Şagird və müəllim arasında etimada əsaslanan ünsiyyət vacibdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol