• $
  • £

Ev almaq istəyənlər üçün ABB-dən yeni fürsət

Ev almaq istəyənlər üçün ABB-dən yeni fürsət
29.07.2024 15:52
Mənzil, ev, bağ almaq məqsədilə ilkin ödəniş məbləği toplayan müştərilərə ABB-dən maraqlı təklif var. Bank "Əmanətli ipoteka krediti” məhsulunun şərtlərini dəyişərək müştərilər üçün daha da sərfəli edib.
 
Bu məhsul həm müştərilərin ölkənin etibarlı bankında sərfəli şərtlərlə yığım əmanəti yerləşdirməsinə və ipoteka kreditinin ilkin ödənişini toplamasına şərait yaradır, həm də güzəştli şərtlərlə mənzil almaq ehtiyacını təmin edir.

Müştəri ABB-də "Əmanətli ipoteka krediti” hesabı açıb ora hər ay minimum 300 manat yerləşdirir. Hesabda toplanmış vəsaitlərə əmanət şərtlərinə uyğun illik 9,5%-dək faiz gəliri hesablanır. Əmanət müqaviləsi müştərinin istəyindən asılı olaraq 12, 24 və 36 ay müddətinə bağlanır. Əmanət müddəti başa çatdıqdan sonra müştəri hesabında yığılmış vəsaitlə istədiyi mənzilin dəyərinin bir hissəsini ilkin ödəniş qismində ödəmək imkanına malik olur. Üstəlik, ipoteka kreditini almaq üçün güzəştli şərtlərdən faydalanmaq imkanı da qazanır.
 
İpoteka şərtləri:
-İllik faiz dərəcəsi: 10%-dən başlayaraq
-Maksimal kredit məbləği: 500 000 AZN
-Müddət: 25 ilədək
-İlkin ödəniş: 15%
-Komissiya: yoxdur
 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb

Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
İqtisadiyyat 12:40
Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
İqtisadiyyat 11:41
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb

Əmtəə bazarlarında qızılın qiyməti aşağı enib
İqtisadiyyat 10:35
Əmtəə bazarlarında qızılın qiyməti aşağı enib

“Brent” neftinin qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:28
“Brent” neftinin qiyməti ucuzlaşıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 10:13
Nyu-York birjasında təbii qazın qiyməti artıb
Rusiya neft sanksiyalarının yumşaldılmasından 2 milyard dollar qazanacaq
İqtisadiyyat 22:01
Rusiya neft sanksiyalarının yumşaldılmasından 2 milyard dollar qazanacaq
Ölkəyə gətirilən smartfonlar 2 dəfədən çox bahalaşıb
İqtisadiyyat 16:38
Ölkəyə gətirilən smartfonlar 2 dəfədən çox bahalaşıb
İran dövriyyəyə yeni əskinas buraxıb
İqtisadiyyat 22:00
İran dövriyyəyə yeni əskinas buraxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol