• $
  • £

“Koroğlu” metrostansiyası ətrafında mübadilə mərkəzi yaradılıb

“Koroğlu” metrostansiyası ətrafında mübadilə mərkəzi yaradılıb
29.07.2024 18:27
Bakıda "Koroğlu” metrostansiyasının cənub çıxışında avtobus, metro, dəmiryolu stansiyası, taksi duracağı, fərdi və ictimai nəqliyyat qovşağını (park and ride) əlaqələndirən yeni multimodal nəqliyyat mübadilə mərkəzi (HUB) yaradılıb.Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
 

Yaradılan multimodal HUB sayəsində sərnişinlərin avtobus, dəmiryolu və metro arasında rahat keçidi təmin ediləcək, nəqliyyatın xaotik hərəkətinin qarşısı alınacaq, habelə avtobusların boş yürüş məsafəsi azaldılmaqla əsas magistrala çıxışı asanlaşacaq.
 
Ərazidə, həmçinin əhalinin nəqliyyat vasitələrini park edərək ictimai nəqliyyatdan istifadəsi üçün şərait yaradılıb.
 
Həyata keçirilən işlər çərçivəsində metrostansiyanın cənub çıxışında dəmiryolu stansiyasına yaxın 3 perronlu avtobus dayanacağı yaradılıb. Minik avtomobilləri üçün "park and ride” tipli 200-ə yaxın parklanma yeri təşkil edilib. Taksi minik avtomobilləri üçün duracaq yaradılıb. Eyni zamanda ərazidə elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələrinin quraşdırılması da nəzərdə tutulub.
 
Qeyd edək ki, ilkin mərhələdə nəqliyyat mübadilə mərkəzi ərazisində gün ərzində 15 müntəzəm (140, 140E, H1, 141E, 160, 171, 172, 214, M8, 60, 62, 70, 93, 184, 204) marşrut xətti üzrə 200-ə yaxın avtobus fəaliyyət göstərəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında Xanobaya səfəri ilə bağlı paylaşım edilib - Video
Cəmiyyət 22:20
Prezidentin sosial media hesablarında Xanobaya səfəri ilə bağlı paylaşım edilib - Video
Ramazanın iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 21:16
Ramazanın iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 19:13
Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Cəmiyyət 18:55
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 18:08
Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Ət istehsalı artıb, süd və yumurta istehsalı azalıb
Cəmiyyət 17:42
Ət istehsalı artıb, süd və yumurta istehsalı azalıb
Azercell Milli Paralimpiya Komitəsi ilə birgə 3 saylı Uşaq evini ziyarət edib
Cəmiyyət 17:32
Azercell Milli Paralimpiya Komitəsi ilə birgə 3 saylı Uşaq evini ziyarət edib
İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Cəmiyyət 16:50
İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Azərbaycanda kredit portfeli 31,8 mlrd manatı keçib
Cəmiyyət 16:44
Azərbaycanda kredit portfeli 31,8 mlrd manatı keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol