• $ 1.7
  • € 1.9566
  • ₽ 0.020988
  • ₺ 0.0404
  • £ 2.231

Bir ayda yaşı 100-ü keçən pensiyaçıların sayı 10 nəfər azalıb

Bir ayda yaşı 100-ü keçən pensiyaçıların sayı 10 nəfər azalıb
30.07.2024 10:41
İyunda Azərbaycanda yaşı 100 və daha çox olan pensiyaçıların sayı 270 nəfərdir. Bu barədə "Report"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
 
Onların 36 nəfəri kişi, 234 nəfəri isə qadındır. 
 
Mayda açıqlanan rəqəmlərə görə yaşı 100-dən çox pensiyaçıların sayı 280 nəfər təşkil edib. Onların da 244 nəfəri qadınlar, 36 nəfəri kişilər olub. 
 
Bir ay müddətində bu sayda 10 nəfər azalma olub. Vəfat edən 10 nəfər isə qadınlar olub. 
 
2024-cü ilin ilk üç ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşlara 11,9 min pensiya, 39 min müavinət və təqaüd ayrılıb.
 
Dövlət Statistika Komitəsinin son hesabatına görə Azərbaycanda 1 milyon 96 min pensiyaçı qeydiyyatda olub. 

2023-cü ilin əvvəlinə olan məlumatla müqayisədə bu il Azərbaycanda pensiyaçıların sayında azalma qeydə alınıb. Ötən ilin yanvarın 1-i vəziyyətinə ölkədə1 milyon 114 min 200 pensiyaçı qeydiyyatda olub,1 il ərzində Azərbaycanda pensiyaçıların sayı 18 200 nəfər azalıb.

2023-cü il Azərbaycan əhalisinin 11 faizini pensiyaçılar təşkil edirdisə, bu il bu rəqəm 10,8 faiz olub.

Bu ilin məlumatlarına görə, pensiyaçıların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.


Azərbaycan Qanunvericiliyinə görə, kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı 63 il 6 ay-dır. Qadınların pensiya yaşı hər 6 aydan bir qaldırılır. İyulun 1-dən qadınların pensiya yaşı 64 il olacaq.


Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:45
Sabahın hava proqnozu açıqlanıb
Deputat İşsizlikdən Sığorta Fondunun adının dəyişdirilməsini təklif edib
Cəmiyyət 12:28
Deputat İşsizlikdən Sığorta Fondunun adının dəyişdirilməsini təklif edib
AZCON-un icraçı direktoruna yeni müşavir təyin edilib
Cəmiyyət 12:14
AZCON-un icraçı direktoruna yeni müşavir təyin edilib
2026-cı ildə müdafiə xərcləri 8,7 milyard manatı keçəcək
Cəmiyyət 12:02
2026-cı ildə müdafiə xərcləri 8,7 milyard manatı keçəcək
Bakıda NATO kursu keçirilir
Cəmiyyət 11:18
Bakıda NATO kursu keçirilir
Rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Cəmiyyət 10:56
Rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Son iki ildə Azərbaycan üzərindən 10 narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alındı
Cəmiyyət 10:39
Son iki ildə Azərbaycan üzərindən 10 narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alındı
Sumqayıtda 800 abonentin qazı kəsiləcək
Cəmiyyət 10:35
Sumqayıtda 800 abonentin qazı kəsiləcək
Gələn il "Qaçqınkom"a subsidiya ayrılmayacaq
Cəmiyyət 10:08
Gələn il "Qaçqınkom"a subsidiya ayrılmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol