• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Venesuelanı etirazlar bürüyüb

Venesuelanı etirazlar bürüyüb
30.07.2024 11:59
Venesuelada müxalifət seçki məntəqələrindən protokolların 73,2 faizinə çıxış əldə ediblər. Bu barədə Macado məlumat verib.
 
Onun sözlərinə görə, məlum olub ki, müxalifətin namizədi Edmundo Qonzales Urrutia Venesuelanın bütün ştatlarında ümumilikdə 6,2 milyon, Maduro isə cəmi 2,7 milyon səs toplayıb. Bu isə müxalifətin inamlı qələbəsindən xəbər verir. 

Ötən gün yüz minlərlə insan Venesuela şəhərlərinin küçələrinə çıxıb. El Nacional qəzeti yazır ki, onlardan 3-ü polislə toqquşmada həlak olub.
 
Təhlükəsizlik qüvvələri Argentina səfirinin 6 müxalifətçinin sığındığı iqamətgahına soxulmağa cəhd edib.
 
Maçado iyulun 30-da BMT-nin Karakasdakı binasında yeni etiraz aksiyası elan edib.


Çərşənbə axşamı günü minlərlə etirazçı Venesuela şəhərlərində küçələrə axışaraq, bazar günü keçirilən seçkilərdə məğlub olduğunu etiraf etmək üçün Nikolas Maduroya təzyiqləri davam etdirib.

"Azadlıq” radiosu xəbər verir ki, Maduronun rəqibləri milli bayraqları dalğalandırmaqla və qazanlara qaşıq vurmaqla müxalifətin uğurunu bəyan edirlər.

Etirazlar bazar ertəsi hazırkı prezident Nikolas Maduronun rəsmən səsvermənin qalibi elan edilməsindən sonra başlayıb.

"Tarixi məqamda düzgün qərarlar qəbul etməyin vaxtı çatıb... Aydındır ki, yeni seçilmiş prezidentimiz var”, - Venesuela ordusunun kapitanları Xavyer və Xuan Karlos Nieto Kintero əsgərlərə müraciət edərək deyib. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Dünya 23:26
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Putin Pasxa atəşkəsi elan edib
Dünya 23:21
Putin Pasxa atəşkəsi elan edib
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Dünya 22:49
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Dünya 21:46
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Dünya 20:50
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Dünya 20:20
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
Dünya 19:59
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Dünya 18:08
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol