• $ 1.7
  • € 1.7876
  • ₽ 1.9209
  • ₺ 0.0467
  • £ 2.155

HƏMAS liderinin ölümünə REAKSİYALAR

HƏMAS liderinin ölümünə REAKSİYALAR
01.08.2024 09:15
İranın paytaxtı Tehranda HƏMAS lideri İsmayıl Haniyə öldürülüb.  Bu barədə xarici KİV məlumat yayıb.

Haniyəyə qarşı sui-qəsdin baş verdiyi bina İran Prezidenti Məsud Pezeşkianın iqamətgahından 150 metr aralıda yerləşir.

İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehranda səfərdə olan Haniyə yaşadığı iqamətgaha atılan raket zərbəsi nəticəsində öldürülüb. O, avqustun 2-də dəfn ediləcək. Bununla əlaqədar İranda üçgünlük matəm elan olunub.

HƏMAS onun İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib. İsrail tərəfi isə İsmayıl Haniyənin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürmür.
 
ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonun HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə hazırlıqdan xəbərsiz olduğunu və bu işə qarışmadığını bildirib.

İsrailin müdafiə naziri Yoav Qalant HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə bağlı bildirib ki, ölkə müharibə istəmir, lakin hadisələrin istənilən inkişafına hazırdır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə nəticələnən İsrail hücumu "bölgədə sülh bərqərar etmək cəhdlərinə qarşı yönəlib və sabitliyi poza bilər”.

"Biz hesab edirik ki, bu cür hərəkətlər regionda sülhün bərqərar edilməsi cəhdlərinə qarşı yönəlib və üstəlik, onsuz da gərgin olan vəziyyəti əhəmiyyətli dərəcədə destabilləşdirə bilər", - Peskov bildirib.

İsraildə İsmayıl Haniyə Qəzza zolağında girovların azad edilməsi və atəşkəs üçün danışıqların əsas fiqurlarından biri hesab olunur. Jurnalist Barak Ravid (İsrailin ən təcrübəli siyasi jurnalistlərindən biri) hesab edir ki, Haniyənin ölümünün danışıqlara ciddi təsiri olacaq. O, həmçinin Haniyənin öldürülməsini "İsrailin oktyabrın 7-dən bəri ilk ən əhəmiyyətli əməliyyatı” adlandırır.
 
Bloomberg yazır ki, Haniyyənin ölümü danışıqları poza bilər.

2024-cü ilin aprelində İsrail hərbçilərinin Qəzza zolağına endirdiyi zərbə nəticəsində Haniyənin üç oğlu öldürülüb.  Qətərin Əl-Cəzirə telekanalının məlumatına görə, zərbə Qəzza yaxınlığındakı Əl-Şati qaçqın düşərgəsinə endirilib. Oğullarının və bir neçə nəvəsinin ölümünü Haniyə özü təsdiqləyib. O, həmçinin əlavə edib ki, müharibə başlayandan onun ailəsinin 60 üzvü həlak olub.

Qətərin baş naziri Mohammed bin Abdelrahman Al Thani İsmayıl Haniyənin öldürülməsindən sonra İsrail və HƏMAS arasında vasitəçiliyin effektivliyini şübhə altına alıb.
 
Eyni zamanda İranın vitse-prezidenti Əmir Hüseyn Qazizadə Haşimi qeyd edib ki, Fələstin müqaviməti HƏMAS liderinin qətlinin günahkarlarını cəzalandırmaq hüququna malikdir.
 
HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə və Fələstin lideri Mahmud Abbasın eyni gündə, ehtimal ki, avqustun ortalarında Türkiyə parlamentində çıxışı nəzərdə tutulurdu. Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik məlumat verib.

"Haniyyə və Abbas eyni gün Türkiyə parlamentində çıxış etməli idilər. Təxminən avqustun ortaları idi. Fələstinə dəstəyimizi ifadə etmək üçün parlamenti fövqəladə iclasa çağırmağa hazır idik”, - siyasətçi "A Haber” telekanalında bildirib.

HƏMAS bəyanatında bildirib ki, Tehranda İsmayıl Haniyənin öldürülməsini "terror aktı və İranın suverenliyinin pozulması” kimi qiymətləndirir.

İranın lideri və ruhani lideri Ayətullah Əli Xamenei Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda yəhudi dövlətinə aid edilən sui-qəsdinə görə İsrailin "ağır cəzaya” məruz qalacağını bildirib.

Onun mətbuat xidməti Xameneidən sitat gətirir: "Bu hərəkəti ilə cinayətkar və terrorçu sionist rejim ağır cəzaya səbəb oldu və biz İran İslam Respublikası ərazisində şəhid olanın qanının qisasını almağı özümüzə borc bilirik” deyən kimi.

Radikal Hizbullah hərəkatı HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündən sonra İsrailə qarşı mübaribəni "daha ​​da qətiyyətlə” davam etdirmək niyyətində olduğunu açıqlayıb.

İordaniya Xarici İşlər Nazirliyi də HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin qətlini pisləyib. "Bölgədə gərginliyə və xaosa səbəb olacaq cinayətlərin eskalasiyası. Bu cinayətlər yalnız regionun müharibənin genişlənməsinə, regional və beynəlxalq təhlükəsizliyə və sülhə təhlükə yaradacaq”.

İran prezidenti Məsud Pezeşkian X sosial şəbəkəsindəki səhifəsində HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə münasibət bildirib.

"Dünən Haniyəyə qalib əl yellədim, indi onu çiynimdə daşıyıb dəfn etməliyəm. İran öz suverenliyini qoruyacaq və işğalçı terrorçuları qorxaq hərəkətlərindən peşman edəcək", - Pezeçkian yazıb. 

Çin Xarici İşlər Nazirliyi bildirib ki, Çin Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlini qətiyyətlə pisləyir.

Yəmən husilərinin liderlərindən biri Nasser al-Din Amer bildirib ki, Birləşmiş Ştatlar İsmayıl Haniyənin qətlində "ortaqdır” və bunun "bədəmini ödəməlidir”.

"Binyamin Netanyahu ABŞ-dan qətlləri həyata keçirmək icazəsi ilə qayıtdı. Ona yaşıl işıq yandırıldı. ABŞ qətllərdə şərikdir və bunun əvəzini ödəməlidir",  -  o qeyd edib.

N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Dünya 21:42
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Dünya 17:31
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
Dünya 22:00
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
AZAL-ın göyərtəsində aparılan danışıqlar
Dünya 15:11
AZAL-ın göyərtəsində aparılan danışıqlar "qara qutu"dakı ilə eyni deyil - Qazaxıstan
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Dünya 11:13
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Dünya 20:51
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Dünya 17:53
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Dünya 09:02
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Türkiyədə matəm elan olunub
Dünya 20:02
Türkiyədə matəm elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol