Bayden üçüncü dünya müharibəsinə səbəb ola bilər - Tramp
Üçüncü dünya müharibəsi ABŞ Prezidenti Co Bayden administrasiyasının səriştəsizliyi ucbatından başlaya bilər. Bu fikri prezidentliyə namizəd Donald Tramp "Fox Business" telekanalına müsahibəsində deyib.
"Mən narahatam ki, bizdə olan insanlar son dərəcə bacarıqsızdırlar, mən seçkini qazanmamış üçüncü dünya müharibəsinin başlamasından narahatam", - deyə siyasətçi "The New York Times" qəzetinin İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xameneinin çərşənbə günü səhər saatlarında İsrailə birbaşa zərbə endirmək əmri verdiyi barədə xəbərini şərh etmək istəyərkən deyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox