ABŞ TikTok-u məhkəməyə verib

ABŞ Ədliyyə Nazirliyi TikTok sosial şəbəkəsini məhkəməyə verib.Bu barədə "The New York Times” yazır.
Buna səbəb 13 yaşından kiçik uşaqların şəxsi məlumatlarının toplanmasıdır.
ABŞ səlahiyyətliləri hesab edirlər ki, sosial şəbəkə qanundan yan keçərək, 13 yaşdan kiçik uşaqlara hesab yaratmağa icazə verib və hətta "uşaq rejimində” tətbiq şəxsi məlumatları toplayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər