• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

İran bu tarixdə İsrailə hücum etməyi planlaşdırır

İran bu tarixdə İsrailə hücum etməyi planlaşdırır
04.08.2024 08:29
İran 12-13 avqust tarixlərində – yəhudi xalqının fəlakəti günü olan Tişa-Beavda İsrailə hücum etməyi planlaşdırır.Bu barədə "The Jerusalem Post” yazıb.

Nəşr yazıb ki, "Sky News Arabia”nın Qərb kəşfiyyatındakı mənbələrinin İranın avqustun 12-si və 13-nə təsadüf edən Tişa-Beav günündə İsrailə hücum etməyi planlaşdırdığına dair sübutlarının olduğunu bildiriblər.
 
İranın hücumu Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Həniyənin öldürülməsinə cavab olaraq gerçəkləşdiriləcək.

Həmçinin qeyd olunub ki, İranın hücumu, ehtimal ki, İranın dəstəklədiyi və Livanda yerləşdirilmiş "Hizbullah” ilə əlaqələndiriləcək.

Müqəddəs matəm günündə İsrailə hücum israillilərin emosional və psixoloji vəziyyətinə təsir göstərə bilər.

Tişa-Beav yəhudi təqvimində ən hüznlü günlərdən biri hesab olunur. Bu, Birinci və İkinci Yerusəlim məbədlərinin dağıdılmasının xatirəsinə həsr olunmuş milli matəm günüdür.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Pasxa bayramı münasibətilə atəşkəs elan edib
Dünya 23:21
Putin Pasxa bayramı münasibətilə atəşkəs elan edib
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Dünya 22:49
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Dünya 21:46
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Dünya 20:50
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Dünya 20:20
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
Dünya 19:59
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Dünya 18:08
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var

Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb
Dünya 14:53
Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol