Məşhur moda brendi Hugo Boss Rusiyadan gedir

Məşhur dünya moda brendi Hugo Boss Rusiyadakı biznesini satıb. Bu barədə Reuters xəbər verir.
Ukraynanın işğalı başlayandan sonra brend Rusiya Federasiyasındakı əsas fəaliyyətlərini məhdudlaşdırıb, lakin topdansatış bazarında fəaliyyətini davam etdirirdi.
Hugo Boss Rusiya biznesini yerli Stockmann şirkətinə satıb.
"Rusiyadakı törəmə şirkətimizin Hugo Bossun ölkədəki uzunmüddətli topdansatış tərəfdaşlarından birinə məxsus Stockmann AO şirkətinə satıldığını təsdiqləyə bilərik", - Hugo Boss açıqlamasında bildirib.
Tərəflərdən heç biri sövdələşmənin maliyyə şərtlərini açıqlamır.
Rusiya xarici şirkətlərdən aktivlərini ən azı 50% endirimlə satmağı tələb edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər