• $ 1.7
  • € 1.7876
  • ₽ 1.9209
  • ₺ 0.0467
  • £ 2.155

Rusiya Yerevan hava limanına daha nəzarət etməyəcək

Rusiya Yerevan hava limanına daha nəzarət etməyəcək
05.08.2024 15:59
Yerevanın Zvartnots hava limanını tərk edən Rusiya sərhədçiləri növbəti xidmət üçün Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərinə göndərilib. Bu barədə Ermənistan KİV ölkənin Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Ermənistan hakimiyyəti martda Rusiya tərəfinə bu il avqustun 1-dən etibarən sərhəd nəzarətini özləri həyata keçirəcəkləri barədə məlumat verib.
 
İyulun 31-də Rusiya sərhədçiləri 32 il xidmət etdikləri hava limanını tərk edib.
 
Rusiya sərhədçiləri 1992-ci ildən dövlətlərarası müqaviləyə uyğun olaraq "Zvartnots” keçid məntəqəsində erməni sərhədçiləri ilə birgə işləyirdilər.

2024-cü ilin fevralında Ermənistan hakimiyyəti respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün dondurulduğunu elan edib.
 
Bundan az sonra ölkə parlamentinin spikeri Alen Simonyan Rusiya sərhəd xidmətinin zabitlərini Yerevan hava limanından çıxarmağa çağırıb və bunu rus qoşunlarının Ermənistanın "sərhədlərini qorumayacağı” ilə əsaslandırıb. Bu ilin martında İrəvan rəsmi olaraq Rusiya hakimiyyətindən paytaxt hava limanında sərhəd xidmətinin işini dayandırmağı tələb edib.

Ermənistanda FSB sərhədçilərinin rolu ilə bağlı müzakirələrə Ukraynaya qarşı müharibədən yayınan rusiyalı Dmitri Setrakovun iştirakı ilə insident  səbəb olub.
 
2023-cü ilin dekabrında Rusiya təhlükəsizlik qüvvələri Ermənistanın hüquq-mühafizə orqanlarına xəbər vermədən Setrakovu İrəvanda saxlamaqları da Ermənistan hökumətini qəzəbləndirən  səbəblərdən biri olub.
 
Setrakov Rusiyanın Ukraynaya qarşı müharibə etməsinə etira edib. Bu səbəbdən Rusiya Xüsusi xidmət orqanları onu  cəzalandırıblar. Setrakov saxladıqdan sonra  Rusiyaya deportasiya edilib.
 
Erməni hüquq müdafiəçiləri rus sərhədçilərinin hərəkətlərini "Ermənistanın hüquq sisteminə hörmətsizlik” adlandırıb.
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol