İranyönlü ordu ABŞ bazasını vurub
Amerika hərbçilərinin yerləşdiyi Ənbar əyalətindəki Ayn əl-Əsəd hava bazası raket atəşinə tutulub. Bu barədə "Reuters” təhlükəsizlik sistemindəki mənbələrə istinadən məlumat yayıb.
Pentaqon Vaşinqtonun başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinin istifadə etdiyi İraqdakı Ayn əl-Əsəd aviabazasının atəşə tutulması nəticəsində bir neçə amerikalı hərbçinin yaralandığını təsdiqləyib.
"Biz təsdiq edə bilərik ki, bu gün Ayn əl-Əsəd aviabazasında Amerika və koalisiya qüvvələrinə raket hücumu olub. İlkin məlumatlara görə, bir neçə amerikalı hərbçi yaralanıb”, - Pentaqon rəsmisi Reuters-a bildirib və əlavə edib ki, ABŞ hərbi departamenti insidentlə bağlı yeni məlumatlar əldə olunduqca daha ətraflı məlumat verəcək.
Qurbanların sayı barədə məlumat verilmir.
Eyni zamanda Səudiyyə mediası İranyönlü silahlıların bazaya 8 raket atdığını yazır.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox