• $
  • £

Bu gün olimpiadada Azərbaycanın 4 təmsilçisi çıxış edəcək

Bu gün olimpiadada Azərbaycanın 4 təmsilçisi çıxış edəcək
07.08.2024 09:02
Avqustun 8-də  Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycanın 4 təmsilçisi çıxış edəcək.

58 kq çəki dərəcəsində taekvondoçu Kaşim Maqomedov 1/8 finalda irlandiyalı Cek Uolli ilə döyüşəcək.

Yunan-Roma güləşçiləri Xəsrət Cəfərov (67 kq) və Rafiq Hüseynov (87 kq) 1/8 final mərhələsində müvafiq olaraq, Məhəmməd Essaed (Misir) və David Losonzi (Macarıstan) ilə qarşılaşacaqlar.

Axşam sessiyasında isə yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq-a qədər) bürünc medal uğrunda mübarizə aparacaq.
 
Hazırda Parisdə keçirilən yay olimpiadasında iştirak edən Azərbaycan idmançılarının aktivində iki qızıl medal var. 
 
Bu günə Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
 
Axşam saatlarında bürünc medal uğrunda mübarizə aparacaq Süleymanov bir gün əvvəl Bolqarıstan təmsilçisi Hayk Mnatsakanyan və macar Zoltan Levai üzərində qələbə qazanıb. Amma yarımfinalda ayağından zədələnən idmançı qazaxıstanlı Demeu Jadraevə qarşı heç nə edə bilmədi.

İndiyədək Azərbaycan güləşçilərindən heç biri medal qazana bilməyib. Murad Məmmədov (60 kq), Sabah Şəriəti (130 kq) və Mariya Stadnik (50 kq) mükafatsız qalıb.
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib
İdman 00:17
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib

"Nyukasl" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
İdman 23:20
"Nyukasl" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait alıb
İdman 22:55
"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait alıb
Qış Olimpiya Oyunları başa çatıb
İdman 22:45
Qış Olimpiya Oyunları başa çatıb
"Nyukasl" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib
İdman 14:55
"Nyukasl" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib
Şahmat üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib
İdman 21:30
Şahmat üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib
Kevin Medina Çempionlar Liqasında top qazanma sayına görə üçüncüdür
İdman 10:36
Kevin Medina Çempionlar Liqasında top qazanma sayına görə üçüncüdür
"Qarabağ" "Nyukasl"a məğlub oldu - Yenilənib
İdman 23:42
"Qarabağ" "Nyukasl"a məğlub oldu - Yenilənib
Nəriman Axundzadə “Kolombus Kru”ya transfer olunub
İdman 13:41
Nəriman Axundzadə “Kolombus Kru”ya transfer olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol